BDU-nun Filologiya fakültəsi - 100 37
Professor H.Həsənov 27 elmi-metodiki əsərin, 150-ə yaxın elmi, elmi-publisistik məqalənin
müəllifidir.
Professor H.Həsənovun əsərləri, tələbələri onun şərəfli ömrünün ən parlaq səhifələridir.
Açar sözlər: dilçi-alim, lüğət, nitq mədəniyyəti, üslubiyyat, dərslik. SEVİNC QƏMBƏROVA Filologiya üzrə fəlsəfə doktoru Gəncə Dövlət Universiteti
BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ DİALEKTOLOJİ ARAŞDIRMALAR Azərbaycan dialektologiyası məktəbinin yaranması və bu məktəbin görkəmli davamçılarının
yetişməsi birbaşa Bakı Dövlət Universitetinin adı ilə bağlıdır. 1962-ci ildə “Azərbaycan dialektologiyasının
əsasları” dərsliyini nəşr etdirən Məmmədağa Şirəliyev bu sahəyə böyük töhfə vermişdir. Dəfələrlə nəşr
olunan dərslikdə ilk dəfə olaraq Azərbaycan dili dialektlərinin təsnifi verilmiş, dialektologiyanın nəzəri
əsasları işlənilərək, yeri gəldikcə digər türk dillərinin materialları ilə müqayisəyə cəlb olunmuşdur. Onun
rəhbərliyi ilə “Azərbaycan dilinin dialektoloji atlası” tərtib edilərək nəşr olunmuşdur.
Uzun illər BDU-da çalışan Rəsul Rüstəmov öz sanballı tədqiqatları ilə Azərbaycan
dialektologiyasına böyük töhfələr vermişdir. Müəllifin “Azərbaycan dili dialekt və şivələrində feil” (1965)
monoqrafiyasında dialektologiyanın bu sahəsi ardıcıl və sistemli çəkildə tədqiqata cəlb olunaraq
ümumiləşdirilmişdir. Rəsul Rüstəmov Quba dialektini tədqiq etmiş və “Azərbaycan dilinin dialektoloji
lüğəti”nin əsas tərtibçi və redaktorlarından olmuşdur.
Azərbaycan dilçiliyinin bir çox sahələrində uğurlu tədqiqatlara imza atan akademik Tofiq Hacıyev
namizədlik dissertasiyasını Cəbrayıl şivəsinin araşdırılmasına həsr etmişdir. Hərtərəfli tədqiqata cəlb olunan
Cəbrayıl şivəsinin qərb və cənub ləhcələrinin təsir dairəsində olan keçid şivə olduğu ortaya çıxarılmışdır.
Tədqiqat işində şivənin fonetik, qrammatik xüsusiyyətləri, leksik qatı tədqiq olunaraq elm aləminə
qazandırılmışdır.
1999-cu ildə BDU-nun Türkologiya kafedrasının professoru Elbrus Əzizovun “Azərbaycan dilinin
tarixi dialektologiyası. Dialekt sisteminin təşəkkülü və inkişafı” adlı dərs vəsaiti işıq üzü görmüşdür. 2016-cı
ildə yenidən nəşr olunan və böyük elmi dəyəri olan bu əsər Azərbaycan dilçiliyinin gənc sahələrdən olan
tarixi dialektologiyaya böyük töhfədir. Burada Azərbaycan dilinin mükəmməl və müasir tələblərə cavab
verən son dialekt təsnifi verilmiş və bu sahədə məqbul sayılaraq fəallaşdırılan yeni terminlər (ləhcə, şivə və
s.) aydınlaşdırılmışdır.
BDU-nun Türkologiya kafedrasının professoru Məhərrəm Məmmədlinin “Azərbaycan dili
şivələrində ismin qrammatik kateqoriyaları” (2003) əsərində ilk dəfə olaraq bu sahə sistemli və müqayisəli
şəkildə tədqiqata cəlb olunaraq ümumiləşdirilmişdir. 2011-ci ildə müəllifin tərtib etdiyi “Azərbaycan
dialektologiyasına dair mühazirələr” vəsaiti, 2019-cu ildə isə “Azərbaycan dialektologiyası” dərsliyi işıq üzü
görmüşdür. Bu əsərlərdə dialektologiya sahəsinə aid olan bütün son yeniliklər öz əksini tapmışdır. Hazırda
bu əsərlərdən “Azərbaycan dialektologiyası” fənni tədris olunan bütün ali məktəblərdə geniş şəkildə istifadə
olunmaqdadır.