BDU-nun Filologiya fakültəsi - 100 42
развитие русистики, методики преподавания русского языка в средней и высшей школе, многое
сделал для совершенствования лексикографической практики в нашей республике.
Ключевые слова: филолог, русист, фразеология, монография, русистика. DİLARƏ QULİYEVA Sumqayıt Dövlət Universiteti
PROFESSOR YUSİF SEYİDOVUN ELMİ ARAŞDIRMALARINA BİR BAXIŞ Azərbaycanın ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universiteti ilə yaşıd olan Filologiya
fakültəsinin türkologiya, ümumi dilçilik və Azərbaycan dilçiliyi ixtisaslarının yaranması və inkişafında bir
çox dilçi alimlərin, o cümlədən B.Çobanzadə, M.Hüseynzadə, Ə.Abdullayev, S.Cəfərov, A.Axundov,
F.Zeynalov, H.Mirzəzadə, S.Əlizadə, Y.Seyidov, T.Hacıyev, K.Abdulla, İ.Əhmədzadə və bir çox başqa
ziyalıların böyük xidmətləri olmuşdur.
Azərbaycan dilçiliyinə yeni istiqamət verən, xüsusilə də morfologiya və sintaksisin tədrisində və
inkişafında böyük rolu olan professor Yusif Mirəhməd oğlu Seyidov həm gözəl insan, həm böyük alim və
həm də dəyərli pedaqoq kimi həmişə tələbələrinin sevimlisi olmuşdur.
“Müasir Azərbaycan dilində feili bağlama tərkibləri” mövzusunda namizədlik dissertasiyası, “Müasir
Azərbaycan dilində söz birləşmələri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Sistemli şəkildə
qrammatika ilə məşğul olan əməkdar elm xadimi Yusif Seyidov daim dilimizin saflığının qayğısına qalan
və bu sahədə ciddi təbliğat aparan böyük şəxsiyyətlərdən olmuşdur.
Dilçi alimin əsas xidmətləri sırasında onun elmi məzmununa və metodik mükəmməlliyinə görə
dilçiliyin nəzəri və tətbiqi məsələlərinə həsr olunmuş iki yüzdən çox elmi əsərinin, otuzdan çox kitabının, o
cümlədən Filologiya fakültəsinin tələbələri üçün hazırlanan və nəşr olunan “Müasir Azərbaycan dili. IV
hissə. Sintaksis” və “Azərbaycan dilinin qrammatikası. Morfologiya” və s. kimi ali məktəb dərsliklərinin
müəllifi olması durur.
Azərbaycan dilçilik elminin inkişafında müstəsna rolu olan professor Yusif Seyidov dilçilik elmi ilə
yanaşı, ədəbiyyatşünaslıq sahəsində də tədqiqatlarının genişliyi ilə seçilən alimlərdən olub. Müraciət etdiyi
hər bir mövzunu zəngin faktlarla, inandırıcı sübutlarla, mükəmməl nəticələrlə sonlandırmışdır. “Yazıçı və
dil”, “Sözün şöhrəti”, “Sözün qüdrəti”, “Sözün hikməti” və s. adlı əsərlərində XI-XX əsrlərdə yaşamış
Azərbaycan yazarlarının söz və dil haqqındakı fikirlərini toplayıb sistemə salaraq, Azərbaycan xalqının
dilçilik və ədəbiyyatşünaslıq görüşlərinin yığcam salnaməsini yaratmışdır.