Açar sözlər:dilçilik, morfologiya, sintaksis, söz birləşməsi, ədəbiyyatşünaslıq. DİLBƏR CAMALİ AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutu
BAKI DÖVLƏT UNİVERİSTETİNDƏ TÜRKOLOJİ ARAŞDIRMALAR Azərbaycan elminin və təhsilinin flaqmanı olan Bakı Dövlət Universitetinin yaranması görkəmli
ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. Bu məsələ ətrafında o, bir neçə dəfə Azərbaycan
parlamentində çıxış etmiş və universitetin açılmasını qəti tələb etmişdir. Bakı Dövlət Universitetinin ilk
rektoru professor V.İ.Razumovski olmuş, “Bakı Dövlət Universitetinin xəbərləri” (№2, 1922-ci il) adlı
jurnalda M.Ə.Rəsulzadənin bu yöndəki mübarizəsi haqqında geniş bəhs etmişdir.
Azərbaycanda türkologiyanın yaranması və inkişafında Bakı Dövlət Universitetinin müstəsna
xidmətləri olmuşdur. BDU-da türkologiya üzrə akademik məktəbin yaranması professor Bəkir Çobanzadənin
adı ilə bağlı olsa da, Türkologiya kafedrasının yaradılması F.Zeynalovun xidmətləri ilə bağlıdır. Çoxyönlü
türkoloji araşdırmalar aparan F.Zeynalovun 1957-ci ildə “Türk dillərinin ənənəvi bölgüsü”, 1975-ci ildə
“Türk dillərinin müqayisəli qrammatikası” (II cild) kitabları nəşr olunmuşdur. 1959-cu ildə isə “Türk
dillərinin müqayisəli qrammatikası” (I cild), sonralar - 1974-cü ildə və 2008-ci ildə yeni versiyada nəşr
olunmuşdur. Türkologiyada köməkçi nitq hissələrinin araşdırıcısı kimi də tanınan F.Zeynalov “Müasir türk
dillərində qoşmalar” (1957), “Müasir türk dillərində ədat və modal sözlər” (1965), ümumi şəkildə isə
“Müasir türk dillərində köməkçi nitq hissələri” (1981) adlı əsərini yazıb nəşr etdirmişdir. “Türk dillərinin
müqayisəli qrammatikası” isə dərslik şəklində düşünülmüş və universitetin Filologiya fakültəsində tədris
olunmuşdur. Alimin “Türkologiyanın əsasları” dərsliyi isə bu sahədə atılmış ən böyüyü addımlardan biri idi.
30 ildən artıq BDU-nun Türkologiya kafedrasına rəhbərlik etmiş akademik T.Hacıyev türkologiyada
daha çox dil tarixçisi kimi tanınmışdır. Onun Azərbaycan ədəbi dilinin tarixi ilə bağlı araşdırmaları (məsələn,