Açar sözlər: dilçiliyimiz, filologiya, dilçilər, elmi məktəb, tədqiqat. GÜNEL MUSTAFAYEVA Bakı Dövlət Universiteti
PROFESSOR YUSİF SEYİDOV ƏLAVƏ CÜMLƏ PROBLEMİNİN TƏDQİQATÇISI KİMİ Azərbaycan dilçiliyinin inkişafında özünəməxsus yeri olan Bakı Dövlət Universitetinin Filologiya
fakültəsində uzun illər Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışan
professor Yusif Seyidov öz mükəmməl əsərləri ilə yaddaşlara həkk olunmuşdur. Yusif Seyidovun tədqiqat
dairəsi rəngarəng idi. O, dilçi, metodist, ədəbiyyatçı, həm də tənqidçi kimi qələmini sınamışdı.
Yusif Seyidov Azərbaycan dilinin morfologiyasına, sintaksisinə həsr olunmuş bir çox dərslik və
monoqrafiyaların müəllifi olmuşdur. Sintaksisin ən mübahisəli məsələlərindən olan əlavə sözlər və əlavə
cümlələr haqqında ilk dəfə professor Yusif Seyidov tədqiqat aparmışdır. Sadə cümləni genişləndirən
vasitələr sırasında söylənilən fikrə münasibət bildirən və ya cümlənin əsas məzmunundan fərqli əlavə
məlumat verən sözlərin, söz birləşmələri və cümlələrin dildə mühüm rolu vardır. Bunlar öz funksiyalarına
görə fərqlənərək iki növə ayrılır: a) ara konstruksiyalar; b) əlavə konstruksiyalar. Ara konstruksiyalar
söylənilən fikrə münasibət bildirir; əlavə konstruksiyalar əlavə məlumat vermək məqsədi daşıyır. Yusif
Seyidov 1958-ci ildə çap etdirdiyi “Qrammatik cəhətdən cümlə üzvləri ilə əlaqədar olmayan sözlər” adlı
kitabında əlavə cümlələr haqqında bir qədər geniş, əlavə sözlər haqqında isə ötəri məlumat vermişdir.
Müəllif qeyd edir ki, Azərbaycan dilçiliyində bu sahədə heç məqalə də yazılmamışdır, qrammatikalarda bu
problemə yer ayrılmamışdır. 1959-cu ildə buraxılmış “Müasir Azərbaycan dili. Sintaksis” adlı irihəcmli dərs
vəsaitində əlavə cümlələr hissəsini də Y.M.Seyidov yazdığına görə, izahatlar və misallar onun “Qrammatik
cəhətdən cümlə üzvləri ilə əlaqədar olmayan sözlər” kitabındakılarla, əsasən, üst-üstə düşür. Bundan sonra
əlavə cümlələr (qismən də əlavə sözlər) qrammatika kitablarında özünə daimi yer tutmağa başlayır. Bu
mövzu orta məktəblərin 7-8-ci siniflərinə aid dərsliklərdə “Əlavə cümlələr və əlavə sözlər” adlı başlıqlar
altında müstəqil mövzular kimi izah edilmişdir. 2000-ci ildə “Azərbaycan ədəbi dilində əlavə sözlər və əlavə