Bakı Dövlət Universiteti Filologiya fakültəsi


BDU-nun Filologiya fakültəsi - 100



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə62/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   58   59   60   61   62   63   64   65   ...   122
SON - BDU-100 KONFRANS 1

BDU-nun Filologiya fakültəsi - 100 
45 
cümlələr” adlı monoqrafiyada Yusif Seyidov əlavə sözlər və əlavə cümlələrlə nitqin əsas hissələrinin 
əlaqələri arasında ümumi cəhətləri də, fərqləri də göstərmişdir. Yusif Seyidovun araşdırdığı məsələlər bu gün 
də aktuallığını itirmir və böyük əhəmiyyət kəsb edir.
Açar sözlər: Yusif Seyidov, Azərbaycan dilçiliyi, əlavə cümlə, sintaksis, ara sözlər. 
 
NÜŞABƏ ŞAHBAZOVA 
Bakı Dövlət Universiteti
PROFOESSOR ƏLÖVSƏT ABDULLAYEVİN MORFOLOJİ GÖRÜŞLƏRİ 
Qrammatik fikrin inkişafında Azərbaycan dilçilərinin gördüyü işləri yüksək qiymətləndirmək olar. Bu 
dilçiləri arasında Ə.Z.Abdullayevin özünəməxsus mövqeyi və yeri vardır. Professorun qrammatik səviyyədə 
araşdırmalarını iki qrupda – morfoloji və sintaktik aspekdə birləşdirmək olar. Morfologiya ilə bağlı məsələlər 
professor Ə.Z.Abdullayevin elmi fəaliyyətinin əsas istiqamətlərindəndir. Müəllif morfologiyanın 
araşdırılmasında olan bəzi nöqsanları göstərmiş, bu məsələlərdə Azərbaycan dilinin öz xüsusiyyətlərinə 
əsaslanmağı tövsiyə etmişdir. 
Ə.Abdullayevin analitik düşüncə, filoloji təfəkürlə yanaşaraq araşdırdığı Azərbaycan dilində 
köməkçi nitq hissələrinə məxsus xüsusiyyətlər ardıcıl olaraq tədqiq edilmişdir. 
Araşdırma zamanı ədatlarla əlaqədar olan qaynaqları nəzərdən keçirmiş, istər türkologiyada, istərsə 
də Azərbaycan dilində olan mübahisəli məsələləri önə çəkərək türk dilləri ilə müqayisə etmiş, inkişaf tarixinə 
də toxunmuşdur. Bu haqda Ə.Z.Abdullayevin 1958-ci ildə “Köməkçi nitq hissələri” adlı kitabı çap 
edilmişdir. Morfologiya sahəsində Ə.Abdullayevin “Bəzi nitq hissələrinin müəyyənləşdirilməsinə dair 
(predikativlər haqqında)” adlı məqaləsi də maraqlıdır. Müəllif Azərbaycan dilində ayrıca nitq hissəsi kimi 
qruplaşmayan əlliyə qədər sözü yeddi məna növünü göstərmiş, onları predikat adlandırmışdır. «Azərbaycan 
dilində yiyəlik halın sintaktik vəzifələri» adlı məqaləsi də dilçilik aləmində əks-səda vermişdir. Görkəmli 
alim sintaksisin müxtəlif sahələrinə aid araşdırma apararkən morfologiya məsələlərinə də toxunmuş, 
münasibətini bildirmişdir. Tabeli mürəkkəb cümlənin bağlanmasında fəal çıxış edən bağlayıcılar, bağlayıcı 
sözlər, əvəzliklər haqqında da elmi ictimaiyyət tərəfindən maraqla qarşılanan və əksər dilçilər tərəfindən 
qəbul edilən elmi mülahizələr irəli sürmüşdür.
Etnoqrafiyaya aid apardığı tədqiqatlarda da morfologiya problemlərini yaddan çıxarmamışdır. Bu 
əsərlərin adını qeyd etsək, mənzərə tam aydın nəzərə çarpar. “Azərbaycan dilində işlənən ki bağlayıcısı 
haqqında”, “Müasir Azərbaycan dilində -lay şəkilçisinin aqibəti və elə, belə sözlərin etimologiyası 
haqqında”, “Türk dilində yönlük hal şəkilçisinin mənşəyi haqqında”, “Əski –ın şəkilçili hal forması və onun 
Azərbaycan dilindəki sonrakı vəziyyəti” adlı məqalələr dediyimizi isbat edir.
Xüsusi elmi marağa səbəb olduğundan bu məqalələrin bir qismi digər türk dilləri ilə yanaşı rus və 
alman dillərinə tərcümə edilərək çap edilmişdir. Ədatlar haqqında söylədiklərini əsas götürən Ə.Əliyev və 
R.Quliyeva ədatları Ə.Abdullayevin prinsipləri əsasında araşdırmışlar.
Qeyd etmək istərdik ki, prof. Ə.Z.Abdullayev qrammatikanın bütün sahələrində fəal araşdırmaçı 
olmuş və onun irəli sürdüyü elmi müdəalar indi də öz əhəmiyyətini və aktuallığını itirməmişdir.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin