Bakı Dövlət Universiteti Filologiya fakültəsi


BDU-nun Filologiya fakültəsi - 100



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə70/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   66   67   68   69   70   71   72   73   ...   122
SON - BDU-100 KONFRANS 1

BDU-nun Filologiya fakültəsi - 100 
50 
Açar sözlərAzərbaycan, dilçilik, morfologiya, sintaksis, söz birləşmələri. 
 
İLKANƏ MƏMMƏDOVA 
Bakı Dövlət Universiteti (bakalavriat) 
PROFESSOR YUSİF SEYİDOVUN FEİLİN NÖV KATEQORİYASI HAQQINDA 
MÜLAHİZƏLƏRİ 
 
Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, professor Yusif Seyidovun 2006-ci ildə işıq üzü 
görmüş “Azərbaycan dilinin qrammatikası” dərsliyi dilimizin qrammatik quruluşunun öyrənilməsində 
mötəbər mənbələrdən biridir. Ali məktəb dərsliyi kimi nəzərdə tutulmuş kitabda alim nitq hissələri ilə bağlı 
maraqlı faktlar göstərmiş, dərin məntiqə söykənən yanaşmaları ilə qrammatikanın bir çox problemlərinə 
aydınlıq gətirmişdir.
Azərbaycan dilində, ümumiyyətlə, türk dillərində nitq hissələri içərisində ən zəngin, eyni zamanda 
ziddiyyətli məqamların çoxluq təşkil etdiyi nitq hissəsi feildir. Y.Seyidov feil bəhsində növ kateqoriyasından 
geniş söz açmış, həm Azərbaycan, həm də dünya dilçilərinin fikirlərini nəzərdən keçirmişdir. Növ 
kateqoriyasından danışarkən müəllif ilk növbədə bu fikirləri qeyd edir: “Feilin növ kateqoriyası müstəqil 
kateqoriya kimi ayrılsa da, o, tam formalaşmış qrammatik kateqoriya deyil. Bu cəhətdən feilin növ 
kateqoriyasını sifətin dərəcə kateqoriyasına bənzətmək olar”. Fikrimizcə, tədqiqatçı irəli sürdüyü fikirdə 
haqlıdır, çünki bütün feillər növ kateqoriyasının paradiqmasına düşə bilmir. Tədqiqatçının məsələ ilə bağlı 
toxunduğu əsas problemlərdən biri də feilin qrammatik məna növlərinin bölgüsüdür. Bu məsələ XX əsrin 30-
cu illərindən mübahisə doğrumuş və tədqiqatçılar tərəfindən bir-birindən o qədər də fərqlənməyən bölgülər 
irəli sürülmüşdür. Yusif Seyidov ənənəvi terminlərdən fərqli olaraq “məlum” və “məchul” feillər əvəzinə, 
“aktiv” və “passiv” istilahlarının işlədilməsini daha məqsədəuyğun hesab etmişdir. Tədqiqatçı məsələyə belə 
aydınlıq gətirir ki, feildə subyekti birbaşa meydana çıxarmaq qabilliyəti varsa, aktivdir. Əgər feil subyekti 
meydana çıxarmaq qabiliyyətinə malik deyilsə, deməli, passivdir. Biz də bu bölgünü düzgün hesab edirik. 
Feilin növ kateqoriyası ilə bağlı müəllifin aydınlıq gətirdiyi məsələlərdən biri də qarşılıq-birgəlik və 
şəxssiz növlərlə bağlıdır. Tədqiqatçı bir çox ədəbiyyatlarda “qarşılıq” terminin yanında işlədilən “müştərək” 
terminini qəbul etməmiş və “müştərək” və “qeyri-müştərək” adları ilə ayrıca bölgünün verilə biləcəyini qeyd 
etmişdir. Belə düşünürük ki, dilçi alim fikrində qismən haqlı olsa da, bu bölgünü ayrıca vermək doğru olmaz. 
Çünkü dilimizdə birgəlik məzmunu daşıyan bir çox feillər var.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin