Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar söz: alim, filologiya, ümumi dilçilik, türkologiya, Azərbaycan dilçiliyi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə67/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   63   64   65   66   67   68   69   70   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar söz: alim, filologiya, ümumi dilçilik, türkologiya, Azərbaycan dilçiliyi. 
 
QİSMƏT CƏFƏROV 
Bakı Dövlət Universiteti (magistrant)
AKADEMİK NİZAMİ CƏFƏROVUN YARADICILIQ YOLU 
 
Nizami Cəfərov 21 sentyabr 1959-cu ildə Ağstafa rayonunda ziyalı ailəsində doğulmuşdur. BDU-
nun Filologiya fakültəsində oxuyan tələbə xüsusi istedadı, zəhmətkeşliyi ilə böyük müəllimlərinin diqqətini 
çəkmiş və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Hələ tələbə ikən tələbə elmi konfranslarında 
məzmunlu elmi məruzələri ilə, yazdığı elmi-publisistik məqalələri ilə gələcək uğurlu yolunun başlanğıcını 
qoymuşdur. Universiteti bitirdikdən sonra Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturada təhsil alan 
N.Cəfərov akademik Tofiq Hacıyevin rəhbərliyi ilə “Azərbaycan dilində sadə cümlənin struktur-semantik 
inkişafı” mövzusunda namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edir. Gənc tədqiqatçı Azərbaycan 
dilinin sadə cümlə sisteminin formalaşması tarixini yazılı nümunələrimiz üzərində sistemli araşdırmaqla 
Azərbaycan dilinin tarixi sintaksisinə böyük töhfə vermişdir. 26 yaşında namizədlik dissertasiyasını uğurla 
müdafiə edən tədqiqatçı böyük müəllimləri - A.Axundov və T.Hacıyevin rekordunu təkrar etmək şərəfinə 
nail olmuşdur. Gənc alim namizədlikdən 6 il sonra - 32 yaşında T.Hacıyevin elmi məsləhətçiliyi ilə “XVIII 
əsr Azərbaycan ədəbi dili” mövzusunda doktorluq işi ədəbi dilimizin tarixi sahəsində aparılmış 
araşdırmaların III mərhələsinin (80-ci illərdən sonra...) uğurlu başlanğıcıdır. Alimin doktorluq 
dissertasiyasının elmi yeniliyi ondan ibarətdir ki, ilk dəfə bu tədqiqat işində Azərbaycan ədəbi dilinin tarixi 
ümumtürk mühitində (konteksində) araşdırılmışdır. 
N.Cəfərovun yaradıcılıq diapazonu çoxistiqamətlidir. Azərbaycan dilçiliyi, türkologiya, 
azərbaycanşünaslıq, ümumi dilçilik, ədəbiyyatşünaslıq, ədəbi tənqid, folklor və s. Görkəmli filoloq alim 
ixtisasca dilçi olsa da, elmi-ədəbi mühit tərəfindən daha çox “ədəbiyyatın dilçisi” kimi tanınır. 
N.Cəfərov BDU-nun fəxri olan ziyalılarındandır. Onun dilçiliyə, ədəbiyyatşünaslığa, türkologiyaya 
aid kitabları, məqalələri, onun analitik təfəkkürünün, dərin müşahidələrinin məhsuludur. O, novator 
alimlərimizdəndir. 100 yaşlı BDU-nun 60 yaşlı bu alimi filologiya sahəsində aşağıdaki elmi yeniliklərə ilk 
dəfə imza atmışdır: XVII-XVIII əsrlər İntibah konsepsiyası; milli ədəbi dil məsələsinə yeni baxış; 
Azərbaycan ədəbi dili tarixinin ilk dəfə ümumtürk konteksində araşdırılması; Qədim türk dastanlarının ilk 
dəfə üzə çıxarılması və geniş şərhlərlə oxuculara təqdim olunması; Azərbaycanşünaslıq elminin sistemli 
öyrənilməsi və etnogenez probleminə yeni baxış. 
Nizami Cəfərov orijinal yazıları, fərqli üslubu ilə filologiya elmində özünəməxsus yer tutan 
alimlərimizdəndir. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin