Bakı Dövlət Universiteti Filologiya fakültəsi


BDU-nun Filologiya fakültəsi - 100



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə65/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   61   62   63   64   65   66   67   68   ...   122
SON - BDU-100 KONFRANS 1

BDU-nun Filologiya fakültəsi - 100 
47 
peşələrə məxsus leksik vahidlərə Azərbaycan dilçiliyində ilk dəfə olaraq kompleks yanaşılaraq, onların 
formalaşma, leksik-semantik, struktur, mənşə və digər özünəməxsus xüsusiyyətləri monoqrafik tədqiqat 
obyekti olmuşdur. 
Açar sözlər: Hüseyn Əsgərov, zərgərlik, peşə-sənət, maddi mədəniyyət, leksika.  
 
TƏRANƏ İSMAYILOVA 
Bakı Dövlət Universiteti 
 
DİLÇİLİYİN İNKİŞAFINDA BDU-nun FİLOLOQ ALİMLƏRİNİN XİDMƏTLƏRİ 
 
 Azərbaycan xalqının mədəni-mənəvi intibahında ilk təhsil, tədris və elmi araşdırmalar təsisatı kimi 
fəaliyyətə başlayan Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) bütöv bir əsrdir ki, ali 
məktəblərimizin flaqmanı, istiqamətvericisidir.
Bu Universitet yaranarkən (1919) birinci tədris ilində açılması nəzərdə tutulan 4 fakültədən yalnız 
ikisi – tarix-filologiya və tibb fəaliyyətə başlamışdır.
...Tariximizin o dövr situasiyasının, dramatizminin (başqa sözlə, ilk milli ali məktəbinin yaranması 
coşqusunun) belə bir fərqinə də varaq ki, bu gün 100 illik yubileyini belə bir təntənə və təmkinlə qeyd 
etdiyimiz ən ulu və ali Universitetimiz ilk dərsinə bazar günü (16 noyabr) başlamalı olmuşdur.
Bu ali təhsil ocağımızın ilk iki fakültəsindən birinin – filologiyamızın ilk predmeti olan Roma 
ədəbiyyatı tarixindən mühazirəni L.Q.Lopatin (müasir terminlə desək, “legioner”) oxuyub. Sonrakı illərdə 
dil-ədəbiyyat şöbə, bəzi illərdə ixtisas kimi fəaliyyət göstərir (qeyd edək ki, fəaliyyətinin dayandırıldığı da 
olur). 
1939–40-cı tədris ilində Filologiya fakültəsi 2 ixtisas – Azərbaycan dili və ədəbiyyatı, rus dili və 
ədəbiyyatı üzrə 8 kafedra ilə fəaliyyətə başlayır. Müxtəlif illərdə fakültənin tərkibində Şərq (Şərqşünaslıq) və 
Jurnalistika şöbə kimi fəaliyyət göstərir.
BDU-nun Filologiya fakültəsi Azərbaycan filologiya elminin inkişafında həmişə, sözün əsl 
mənasında, flaqman rolunu oynamışdır. Biz 100 il ərzində BDU dilçilərinin səmərəli tədris, təlim-tərbiyə və 
bu sahədəki fundamental tədqiqat işlərindən xüsusi əhəmiyyətli və mühümlərini diqqətə çatdıracağıq.
Azərbaycan dilçiliyinin elə bir sahəsi yoxdur ki, orada BDU-nun dilçi alimlərinin fundamental 
tədqiqat nümunələri olmasın. Müxtəlif dövrlərdə elmi araşdırmalarının əsas istiqamətləri ümumi dilçilik, 
dilçilik tarixi, türkologiya və Azərbaycan dilçiliyinin nəzəri əsasları olan görkəmli alimlərin – filologiya 
elminin təməlçiləri sayılan B.Çobanzadə, M.Hüseynzadə, Ə.Dəmirçizadə, M.Şirəliyev, S.Cəfərov, 
H.Mirzəzadə, Ə.Abdullayev, F.Zeynalov, M.Adilov, Y.Seyidov, A.Axundov, T.Hacıyev və başqalarının 
uğurlu tədqiqat işləri bu gün də istinad edilən elmi mənbələrdir.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin