BDU-nun Filologiya fakültəsi - 100
49
20-ci illərində qoyulub. Öz dövrü üçün hadisə sayılan bu əsər türkologiyada ümumi (nəzəri) dilçiliyə dair ilk
araşdırmadır. Keçən əsrin ortalarından sonra Azərbaycanda ümumi dilçiliyə aid tədqiqatların
əhatə dairəsi
genişlənməyə başlayır: N.Məmmədov, A.Qurbanov, A.Axundov kimi görkəmli alimlər Azərbaycanda
ümumi dilçilik sahəsinin yaradıcılarıdır.
Azərbaycanda ümumi dilçilik sahəsində ciddi araşdırmalar aparmış alimlərimizdən biri də BDU-nun
Ümumi dilçilik kafedrasının professoru Əbülfəz Rəcəblidir. Ə.Rəcəblinin ümumi dilçiliyə aid ilk tədqiqatı
1979-cu ildə nəşr etdirdiyi “Dilçiliyə girişdən tapşırıqlar” adlı kitab olmuşdur. Kitab
həcmcə kiçik olsa da,
gənc tədqiqatçının ilk əsəri olması baxımından dəyərlidir. Bundan sonra da o, ümumi dilçilik məsələləri ilə
ardıcıl məşğul olmuş və “Dilçilik tarixi” adlı böyük həcmli kitab nəşr etdirmişdir. Bu kitab bir sıra
parametrlərinə görə mütəxəssislərin diqqətini çəkmiş və yüksək qiymətləndirilmişdir. Onu da qeyd edək ki,
müəllif bu əsər üzərində araşdırmalarını davam etdirmiş və iki cilddə nəşr etdirmişdir. Hər iki nəşrin
müqayisəsində inteqral elementlər diferensial
elementləri üstələsə də, diferensial elementlər də yox deyil.
Diferensial elementlər özünü onda göstərir ki, əsərin son variantında V.fon Humboldt və F.dö
Sössür
haqqındakı bəhslər tamamilə yenidən yazılmışdır. Fərqli cəhətlərdən biri də II nəşrdəki kitabın fəsillərinin
sayının əvvəlki nəşrdəkindən çox olmasında özünü göstərir.
Ə. Rəcəblini ümumi dilçilik sahəsinə aid yazdığı kitabların sayına görə dünyanın istənilən klassik dilçisi
ilə müqayisə etmək olar. Alimin “Nəzəri dilçilik”, “Dilçilik metodları”, “Struktur dilçilik”,
“Sosiolinqvistika”, “Tipoloji dilçilik”, “Universaliler dilçiliyi”, “V.fon Humboldt
- ümumi dilçiliyin banisi
kimi”, “U.D.Uitni-linqvist kimi”, “F.dö Sössürün dilçilik görüşləri”… kimi kitabları ümumi dilçilik
məsələlərinin Azərbaycanda öyrənilməsi baxımından
alimlərin, müəllimlərin, tələbələrin stolüstü kitabına
çevrilmişdir. Ə. Rəcəbli daha çox türkoloji araşdırmalarına görə novator alim hesab edilsə də, ümumi dilçilik
sahəsində çəkdiyi zəhmətə görə “dilçilik elmimizin fəhləsi” adlandırıla bilər.
Ə.Rəcəblinin ümumi dilçilik araşdırmaları 100 illik yubileyi qeyd olunan BDU-nun 100 yaşlı
Ümumi
dilçilik kafedrasının ən böyük elmi hesabatıdır. O, ümumi dilçiliyə aid ilk əsərini yazanda (1979) Ümumi
dilçilik kafedrasının 60 yaşı vardır. İndi isə 100 yaşı var. Dəyişən tək 40
il deyil, həm də Ə.Rəcəlinin ilk
kitabından 56 kitabına gedən yoldakı 55 rəqəmidir...
Dostları ilə paylaş: