Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: filologiya, dilçilik, elmi-tədqiqat, tədris, təhsil



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə66/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   62   63   64   65   66   67   68   69   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlərfilologiya, dilçilik, elmi-tədqiqat, tədris, təhsil. 
 
AFAQ RƏSULOVA 
Bakı Dövlət Universiteti (magistrant) 
AZƏRBAYCAN FİLOLOGİYASINDA MƏKTƏB YARATMIŞ GÖRKƏMLİ DİLÇİ ALİMLƏR 
 
Bakı Dövlət Universiteti Azərbaycan təhsil və elminin avanqardı hesab olunur, o, çoxşaxəli profili 
ilə, demək olar ki, bütün elm sahələrini əhatə edə bilmişdir. Alimlər bu ocağın başına toplaşıb, öz işıqlı 
ideyalarını cəmiyyətə çatdırmaq üçün yorulmadan çalışımışdır. Alimlərimizin əməyi və səyi nəticəsində bura 
qədəm qoymuş istedadlı gənclər özlərinə Universiteti doğma yuva saymış və elmi fəaliyyət göstərmək üçün 
ilham almışdırlar. Dilçilk sahəsi ən çox inkişaf etmiş elm sahələrimizdən olmuşdur.
Bu sahədə böyük rol oynamış, çoxşaxəli elmi fəaliyyət göstərmiş, dilçi alimlərin yetişməsində 
xidmətləri olmuş Bəkir Çobanzadənin adını qeyd etmək vacibdir. B.Çobanzadə 1924-1929-ci illərdə 
Universitetin Şərqşünaslıq fakültəsində kafedra müdiri, dekan vəzifəsində çalışmış, çoxyönlü araşdırmaları 
ilə dilçiliyin inkişafında misilsiz xidmətlər göstərmişdir.
B.Çobanzadə məktəbinin görkəmli nümayəndələrindən biri Muxtar Hüseynzadədir. Muxtar 
Hüseynzadə Universitetin Ümumi dilçilik kafedrasında 50 il dərs demişdir. Onun “Azərbaycan dilinin 
qrammatikası” adlı əsərlərinə daxil edilmiş “Təyini söz birləşmələri” adlı bəhsi türkologiyada bu mövzuda 
yazılmış ilk əsərlərdəndir.
Azərbaycanın dilçi alimlərinin çoxu M.Hüseynzadənin tələbələridir. Belə tələbələrdən biri də 
Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, Azərbaycan dilinin fonemlər sistemini ilk 


BDU-nun Filologiya fakültəsi - 100 
48 
dəfə nəzəri cəhətdən ətraflı araşdırmış akademik Ağamusa Axundovdur. Uzun illər BDU-nun Filologiya 
fakültəsinin dekanı və kafedra müdiri vəzifələrində çalışmış A.Axundov özündən sonra məktəb yaratmış 
alimlərdən biridir.
Muxtar Hüseynzadə məktəbinin daha bir yetirməsi Azərbaycan türkologiyasının öndə gələn 
ziyalılarından biri, elmi-pedaqoji fəaliyyəti ilə Bakı Dövlət Universitetinin formalaşmasında müstəsna rol 
oynamış akademik Tofiq Hacıyevdir. Türkologiya kafedrasına başçılıq edən akademikin səyi və əməyi 
nəticəsində filoloqlara həm əski əlifba, həm Orxon-Yenisey abidələri tədris olunur, xalqımızın müxtəlif 
əlifbalarda yaratdığı dəyərli əsərlərimizin oxunması təmin edilirdi. 
Sözsüz ki, Azərbaycan dilçiliyinin avanqard nümayəndələrinin sayı dəfələrlə çoxdur. Lakin heç 
şübhəsizdir ki, Universitet mühiti və xələflərin açdığı cığır hər zaman sələflər üçün mayak olacaqdır. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin