Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: Abdulla Vəliyev, türkologiya, dialektologiya, leksika, keçid şivələri



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə53/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   49   50   51   52   53   54   55   56   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlərAbdulla Vəliyev, türkologiya, dialektologiya, leksika, keçid şivələri. 
 
ANAR FƏRƏCOV 
Bakı Dövlət Universiteti 
NƏZƏRİ DİLÇİLİYİN ÖYRƏNİLMƏSİNDƏ BAKI DÖVLƏT UNİVERSİTETİNİN ROLU 
 
 
2019-cu ildə 100 illiyini qeyd etdiyimiz Bakı Dövlət Universitet Azərbaycan elminin müxtəlif 
sahələrinin yaranmasında və inkişafında xüsusi xidmətləri vardır. Azərbaycanda filologiyanın da inkişafında 
BDU-nun Filologiya fakültəsinin özünəməxsus yeri vardır. Filologiya fakültəsidə müxtəlif filoloji elmi 
məktəblər formalaşmışdır. Həmin məktəblərdən biri də ümumi dilçiliklə bağlıdır, desək, yanılmarıq. 
Azərbaycanda nəzəri dilçiliyin formalaşması və inkişafı Filologiya fakültəsinin yaranması ilə başlayır. 
Nəzəri dilçiliyin formalaşmasında böyük alim, türkoloq Bəkir Çobanzadənin xüsusi rolu vardır. Onun bu 
sahə üzrə dünyada məhşur olan V.fon Humboldt, F. dö Sössürün və digər alimlərin fikirlərinə bələd olması 
və onların ideyalarının Azərbaycan nəzəri dilçilik elminə gətirməsi, ümumilikdə, bu sahənin yaranmasına və 
sonrakı mərhələdə inkişafına səbəb oldu.
Nəzəri dilçiliyin inkişafında Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının mühum rolu 
vardır. Bu kafedrada yetişən müəllimlərin qeyd edilən sahənin elmimizdə yayılmasında əvəzsiz xidmətləri 
olmuşdur. Kafedrada uzun müddət fəaliyyət göstərmiş prof. Nəsir Məmmədov bu sahəyə aid bir çox 
monoqrafik əsərlərin və dərsliklərin müəllifi olmuşdur. Onun “Dilçiliyə giriş” (A.Axundovla birgə), 
“Dilçiliyin əsasları” dərslikləri uzun müddətdir ki, tələbələr üçün əsas vəsaitlərdəndir.


BDU-nun Filologiya fakültəsi - 100 
40 
Nəzəri dilçiliyin inkişafında akademik Ağamusa Axundovun da xüsusi xidmətləri olmuşdur. Onun 
təkcə “Ümumi dilçilik” dərsliyi bu sahə üzrə yazılmış ən yaxşı vəsaitlərdəndir və öz aktuallığını hələ də 
qoruyur. Həmin dərslikdə dilçiliyin tarixi, nəzəriyyəsi və metodları ilə bağlı əsas məsələlər öz əksini 
tapmışdır. 
Dilçiliyə öz maraqlı baxışları ilə yanaşan görkəmli alimlərimizdən biri Musa Adilov olmuşdur. Onun 
fonetika, leksika, etimologiya, morfologiya, sintaksis, dil tarixi, onomastika, üslubiyyat, nitq mədəniyyəti və 
s. ilə bağlı elmi əsərləri vardır. Alimin müxtəlif mövzularda 22 monoqrafiyası, 210-dan çox məqaləsi çap 
olunmuşdur. Alimin “Əyləncəli dilçilik”, “Rusca-azərbaycanca dilçilik terminləri lüğəti”, “Onomastika 
terminləri lüğəti” əsərləri kifayət qədər tanınır. 
Azərbaycan nəzəri dilçiliyin inkişafında prof. Əbülfəz Rəcəblinin mühum rolu vardır. Belə ki, bu 
sahə üzrə onun çap etdirdiyi elmi əsərlərin sayı kifayət qədər çoxdur. Alimin demək olar ki, ümumi dilçiliyin 
bütün sahələrinə aid əsərləri vardır. Onun “Dilçilik tarixi” (II cilddə), “Nəzəri dilçilik”, “Sosiolinqvistika”, 
“Struktur dilçilik”, “Tipoloji dilçilik”, “Universali dilçiliyi” və digər əsərləri bu sahə üzrə araşdırma aparan 
tədqiqatçılar üçün əsas mənbələrdəndir. Ə.Rəcəblinin çoxaspektli araşdırmaları demək olar ki, Azərbaycan 
dilçiliyi üçün ilk tədqiqatlardır.
Hal-hazırda BDU-nun Ümumi dilçilik kafedrasında çalışan bir çox dilçilər də bu ənənəni davam 
etdirir, ümumi dilçiliyin bir çox sahələrinə aid monoqrafik tədqiqatlar aparırlar.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin