BDU-nun Filologiya fakültəsi - 100
38
sintaktik konstruksiya hər iki yöndən öyrənilə bilər və bu zaman onların kəsişən nöqtələri çoxdur. Bu
konstruksiyanın həm mənası, həm strukturu qarşılıqlı əlaqədə öyrənilməlidir. Doğru olaraq göstərilir ki,
semantika özül, mütləq xüsusiyyət kimi ikitərəfli xarakterə malik dil vahidinin
mövcudluğunu şərtləndirir,
funksional xüsusiyyət isə nisbi, sonradan meydana çıxan bir keyfiyyət olaraq dil vahidinin nitqdə
reallaşmasının məhsuludur.
2. Sintaktik vahidlərdə əlaqə və münasibət anlayışı arasında oxşar və fərqli məqamları
izah etmiş,
“münasibət” dedikdə iki və daha artıq faktın, hadisənin, situasiyanın bir-birindən asılı olmadan uyğun
gəlməsi və ya fərqli olması başa düşülür. Məsələn, bir neçə hadisə bir-biri ilə bağlı olmadan, biri digərindən
asılı
olmadan eyni zamanda, eyni yerdə, eyni vəziyyətdə,
yaxud müxtəlif zamanda, yerdə, vəziyyətdə baş
verə bilər. Bu zaman onlar arasında zaman və ya yer məna əlaqəsindən danışmaq düzgün olmazdı. Burada
yalnız komponentlərin məna münasibətindən bəhs etmək olar. Əlaqə isə iki situasiyanın, faktın qarşılıqlı
bağlılığı, birinin digərini şərtləndirməsi kimi başa düşülməlidir. Bu zaman bir hadisə digər hadisəni bu və ya
digər cəhətdən izah edir, aydınlaşdırır. Nəticə
olaraq alim qənaətə gəlir ki, əlaqə həm tabesizlik, həm də
tabelilik əsasında birləşən komponentlər arasında olursa, münasibət yalnız tabesizlik əlaqəsi əsasında
birləşən komponentlər arasında özünü göstərir. Çünki məna əlaqəsi hər iki mürəkkəb cümlədə mövcuddur.
Hər iki müərkkəb cümlə növündə əsas bölgü də məhz komponentlərin məna əlaqəsinə dayanır. Qarşılıqlı
şərtlənməyə əsaslanmayan məna münasibəti yalnız tabesiz mürəkkəb cümlələrdə mümkündür. Əlaqə sıx
bağlılıq-tabelilikdirsə, münasibət zəif-situativ bağlılıqdır.
3. Azərbaycan dilində tabeli mürəkkəb cümlənin tərəflərinin natamam formalarını (elliptik, yarımçıq
və ixtisar)
geniş planda tədqiq etmiş, onların hansı şəraitdə reallaşdığını müəyyənləşdirərək struktur-
semantik özəlliklərini meydana çıxarmışdır.
Dostları ilə paylaş: