Bakı Dövlət Universitetin nəznində İqtisadiyyat və Humanitar Kolleci Sərbəst iş Tələbə: Elcan Bağırov Qrup: 278 Kurs: 3



Yüklə 17,18 Kb.
tarix02.01.2022
ölçüsü17,18 Kb.
#46448
Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən vergi qanunvericiliyi(Elcan Bagirov)


Bakı Dövlət Universitetin nəznində

İqtisadiyyat və Humanitar Kolleci

Sərbəst iş

Tələbə:Elcan Bağırov

Qrup:278

Kurs:3

Fənn:Vergi sistemi

Müəllim:Musayeva Şəkər

Mövzu:Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən vergi qanunvericiliyi

Vergi orqanlarının Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələri aşağıdakılardır: Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək; - tənzimlənən vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək.Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək

Tənzimlənən vergi qanunvericiliyi və vergi qanunvericiliyində edilən dəyişikliklər barədə vergi ödəyicilərinə kütləvi informasiya vasitələri ilə və ya fərdi qaydada əvəzsiz olaraq məlumat vermək, müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etmək, vergilərin hesablanması və ödənilməsi barədə izahatlar vermək, vergi ödəyicilərinə onların hüquq və vəzifələrini izah etmək Hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmaq və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək. Tənzimlənənvergi qanunvericiliyinin pozulması hallarına dair məlumatları toplamaq, təhlil etmək və qiymətləndirmək, belə halların baş verməsinə gətirib çıxaran səbəblərin və şəraitin aradan qaldırılması üçün müvafiq dövlət orqanlarına təkliflər vermək.

Müasir şəraitdə mənfəətin vergiyə cəlb edilməsi müxtəlif səviyyəli büdcələrin gəlirlərinin formalaşmasının və vergi tənzimlənməsinin əsas alətidir. Müəssisə və təşkilatların mənfəət vergisinin köməyi ilə dövlət iqtisadiyyatın inkişafına daha fəal təsir göstərə bilir. Bu verginin məbləğinin vergi ödəyicisinin əldə etdiyi xalis gəlirin həcmindən bilavasitə asılılığı, vergi dərəcəsinin tənzimlənməsi, müəyyən güzəştlərin verilməsi və ya ləğvi mexanizmi vasitəsi ilə dövlətə iqtisadiyyatın müxtəlif sahələrində investisiya fəallığını stimullaşdırmaq və ya məhdudlaşdırmaq imkanı verir. Müəssisə və təşkilatların mənfəətinin vergiyə cəlb olunması ilə birbaşa bağlı olan dövlətin amortizasiya siyasəti iqtisadiyyatın tənzimlənməsində əhəmiyyətli rol oynayır.

XX əsrin sonlarında vergilər bazar iqtisadiyyatının tənzimlənməsi mexanizmlərində keyfiyyətcə yeni bir funksiyanı yerinə yetirməyə başladılar. Bu öz əksini xarici iqtisadi münasibətlərin tənzimlənməsində vergilərin inteqrasiyaedici funksiyanı yerinə yetirməsində tapmış oldu. Onun meydana çıxmasını şərtləndirən əsas amil dünya təsərrüfat sisteminin inkişafının xarakterik xüsusiyyəti ilə, yəni milli iqtisadiyyatların qarşılıqlı asılılıq proseslərinin güclənməsi və təsərrüfat həyatının hərtərəfli beynəlmiləlləşməsi ilə bağlıdır. Vergilər ərazi təsərrüfat və siyasi maraqlarla bir-biri ilə bağlı olan dövlətlər üçün vahid iqtisadi məkanın formalaşdırılması vasitələrindən birinə çevrildilər. Vergi ödəyicisinin əsas vəzifəsi vergilərin ödənilməsidir. Vergilərin ödənilməsinin hüquqi tənzimlənməsi həm vergi qanunvericiliyinin ümumi, həm də konkret vergi ödənişlərinə həsr olunmuş xüsusi normalarla həyata keçirilir. Vergi öhdəliyinin yerinə yetirilməsinin mahiyyəti mükəlləfiyyətli şəxs tərəfindən dövlət büdcəsinin maliyyələşdirilməsinə yönəldilmiş müəyyən fəaliyyətin yerinə yetirilməsidir.



Elə həmin dövrlərdə vergilərə sığorta mükafatı kimi baxan nəzəriyyə də formalaşmağa başladı. Bu nəzəriyyələrin nümayəndələri fransız dövlət xadimi Adolf Tyer (1797-1877) və ingilis iqtisadçısı Con Ramsey Mak Kulloh (1789-1864) idilər.Onların fikrincə vergilər hər hansı bir riskin yaranacağı təqdirdə vətəndaşların dövlətə ödədikləri sığorta ödənişidir. Vergi ödəyiciləri kommersant olmaqla, öz gəlirlərinin həcmindən asılı olaraq müharibə, oğurluq, yanğın və s.-dən öz mülkiyyətlərini sığortalayırlar. Ancaq həqiqi sığortadan fərqli olaraq vergilər sığorta halı yarandıqda onun əvəzini geri almaq üçün deyil, müdafiə və qanunçuluğun təmin edilməsi üçün dövlətin xərclərinin maliyyələşdirilməsi üçün ödənilir. Vergilərin klassik nəzəriyyəsi daha yüksək nəzəri səviyyəyə malikdir və ingilis iqtisadçıları Adam Smit (1723-1790), David Rikardo (1772-1823) və onların ardıcılları J.B.Sey, U.Petti və C.Millin elmi 9 fəaliyyətləri ilə bağlıdır. Bu nəzəriyyənin tərəfdarları vergilərə hökumətin saxlanılması üçün zəruri olan xərcləri təmin etməli olan dövlət gəlirlərinin bir növü kimi baxırdılar. A.Smit sosialistlərin elan etdikləri iqtisadiyyatın mərkəzləşdirilmiş idarə olunmasına qarşı çıxış edirdi. O, 1776-cı ildə nəşr etdirdiyi “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat” adlı kitabında yazırdı ki, hər bir vətəndaş öz gəlirlərinə uyğun surətdə dövlətin saxlanılmasında iştirak etməlidir. O, qeyd edirdi ki, hər bir şəxsin ödəməli olduğu verginin məbləği, ödənilmə müddəti qabaqcadan dəqiq müəyyən olunmalıdır. Belə olmadıqda vergi ödəyicisi vergi yığanın hökmü altına düşür və vergi yığan bundan öz şəxsi mənfəətini güdməklə istifadə edir. Vergilər hər bir vergi ödəyicisi üçün əlverişli olan vaxtda tutulmalıdır. İngilis iqtisadçısı Con Meynard Keynsin (1883-1946) adı ilə bağlı olan Keyns nəzəriyyəsi klassik nəzəriyyənin tam əksidir. Bu nəzəriyyənin əsas məğzi ondan ibarətdir ki, vergilər iqtisadiyyatı tənzimləmənin əsas alətidir.

Elə həmin dövrlərdə vergilərə sığorta mükafatı kimi baxan nəzəriyyə də formalaşmağa başladı. Bu nəzəriyyələrin nümayəndələri fransız dövlət xadimi Adolf Tyer (1797-1877) və ingilis iqtisadçısı Con Ramsey Mak Kulloh (1789-1864) idilər.Onların fikrincə vergilər hər hansı bir riskin yaranacağı təqdirdə vətəndaşların dövlətə ödədikləri sığorta ödənişidir. Vergi ödəyiciləri kommersant olmaqla, öz gəlirlərinin həcmindən asılı olaraq müharibə, oğurluq, yanğın və s.-dən öz mülkiyyətlərini sığortalayırlar. Ancaq həqiqi sığortadan fərqli olaraq vergilər sığorta halı yarandıqda onun əvəzini geri almaq üçün deyil, müdafiə və qanunçuluğun təmin edilməsi üçün dövlətin xərclərinin maliyyələşdirilməsi üçün ödənilir. Vergilərin klassik nəzəriyyəsi daha yüksək nəzəri səviyyəyə malikdir və ingilis iqtisadçıları Adam Smit (1723-1790), David Rikardo (1772-1823) və onların ardıcılları J.B.Sey, U.Petti və C.Millin elmi KitabYurdu.az 19 fəaliyyətləri ilə bağlıdır. Bu nəzəriyyənin tərəfdarları vergilərə hökumətin saxlanılması üçün zəruri olan xərcləri təmin etməli olan dövlət gəlirlərinin bir növü kimi baxırdılar. A.Smit sosialistlərin elan etdikləri iqtisadiyyatın mərkəzləşdirilmiş idarə olunmasına qarşı çıxış edirdi. O, 1776-cı ildə nəşr etdirdiyi “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat” adlı kitabında yazırdı ki, hər bir vətəndaş öz gəlirlərinə uyğun surətdə dövlətin saxlanılmasında iştirak etməlidir. O, qeyd edirdi ki, hər bir şəxsin ödəməli olduğu verginin məbləği, ödənilmə müddəti qabaqcadan dəqiq müəyyən olunmalıdır. Belə olmadıqda vergi ödəyicisi vergi yığanın hökmü altına düşür və vergi yığan bundan öz şəxsi mənfəətini güdməklə istifadə edir. Vergilər hər bir vergi ödəyicisi üçün əlverişli olan vaxtda tutulmalıdır. İngilis iqtisadçısı Con Meynard Keynsin (1883-1946) adı ilə bağlı olan Keyns nəzəriyyəsi klassik nəzəriyyənin tam əksidir. Bu nəzəriyyənin əsas məğzi ondan ibarətdir ki, vergilər iqtisadiyyatı tənzimləmənin əsas alətidir.
Yüklə 17,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin