ÜNSİYYƏT PROBLEMİNİN SƏBƏBLƏRİ Bunun bir cox səbəbləri vardır. Genetik, hər hansı bir problem (Autizm, USİ, Daun, PİL və s.), Ailə münaqişələri, hamiləlik dövründə dölün inkişafına diqqət yetirməmək, ananın hamiləlik dövründə aldığı travma, qorxu, stress, depressiv hal, atanın alkoqolizm və narkotik maddə düşkünü olması, uşağın əmmə prosesinin tez başa catması və ya əksinə uzun müddət döş əmən, yeməyi blender vasitəsilə yeyən, soska əmənlər, ən əsası isə ailədə uşağın diqqət mərkəzindən uzaqda olmasıdır.