HANSI YAŞDA PROBLEM GÖRÜLÜR Artıq bəlli bir yaşa catan uşaqlarda yəni (2, 3, 4 yaşlarda) söz ehtiyatının olmaması, iki və daha cox sözlərin ardıcıl söylənə biləməməsi baxca dövrünə təsadüf etdiyindən, uşaqlar özünü ifadə edə bilmirlər. Bu dövr gözəcarpan dövr olmadığı üçün valideynlər o qədər narahat olmurlar. Artıq məktəbə hazırlıq dövründə müəllimlər həyəcan təbili çalırlar. Bu zaman uşaqlar ünsiyyət qura bilmirlər, müəllimin şifahi nitqinə gec reaksiya verirlər, həmyaşıdları ilə rollu oyunlar qura bilmirlər, təxəyyülün formalaşması gecikir, əyani-əməli təfəkkürdə problemlər özünü göstərməyə başlayır. Böyükməktəb yaşına catdıqda, ünsiyyətə girə bilmir, özünü ifadə edə bilmir, özgüvən əskikliyi əmələ gəlir, həmyaşıdlarından geri qalırlar və sonda özünəqapanma, tənhalığa meyl yaranır.