10-02-2021 Bank MTK və Alıcı kreditləşməyə dair üçtərəfli razılaşma son....
İstifadə edilən anlayışlar
Bu Sazişdə istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
Mənzil – MTK tərəfindən inşa olunan və MTK ilə Alıcı arasında imzalanmış mənzilin və/və ya payların nisyə alğı-satqısı müqaviləsinə əsasən Alıcı tərəfindən əldə edilən yaşayış sahəsi;
Mənzilin və/və ya payların nisyə alğı-satqısı müqaviləsi – bu Sazişin tərkib hissəsi sayılan və onun 1 saylı Əlavəsi («Mənzilin və/və ya payların alğı-satqısı müqaviləsi») ilə təsdiq edilən MTK ilə Alıcı arasında bu Sazişin şərtlərinə uyğun və bu Sazişin qüvvəyə mindiyi tarixdə və ya ondan sonra imzalanması nəzərdə tutulan mənzilin və/və ya payların alğı-satqısı müqaviləsi;
Alıcı – Mənzili əldə edən və Mənzilin dəyərinin bu Sazişlə müəyyən edilmiş hissəsini ödədikdən sonra qalan hissəsinin ödənilməsi üçün kredit götürmək məqsədi ilə Banka müraciət etməsi nəzərdə tutulan fiziki şəxs;
Kredit müqaviləsi – bu Sazişin tələbləri nəzərə alınmaqla Mənzilin dəyərinin bir hissəsinin ödənilməsi məqsədi ilə Bankın müvafiq müsbət qərarı əsasında həmin qərarda müəyyən olunan və/və ya Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun ipoteka, habelə güzəştli ipoteka kreditlərinin verilməsi üzrə müəyyən etdiyi şərtlər çərçivəsində Bank ilə Alıcı arasında imzalanması nəzərdə tutulan kredit müqaviləsi.