Bakı şəhəri “19” Fevral 2021-ci IL



Yüklə 53,43 Kb.
səhifə6/10
tarix02.01.2022
ölçüsü53,43 Kb.
#45274
1   2   3   4   5   6   7   8   9   10
10-02-2021 Bank MTK və Alıcı kreditləşməyə dair üçtərəfli razılaşma son....

Alıcının hüquqları:

  1. Bu Sazişin şərtlərinə əməl edilməsini MTK və Bankdan tələb etmək;

  2. Bu Sazişdə nəzərdə tutulmuş hallarda Bankın və/və ya Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun ipoteka, habelə güzəştli ipoteka kreditlərinin verilməsi şərtləri çərçivəsində kredit götürmək üçün Banka müraciət etmək.

  • Alıcının vəzifələri:

    1. Mənzilin və/və ya payların alğı-satqısı müqaviləsi üzrə ödənişlərin aparılması, habelə həmin ödəniş məbləğlərinin MTK-nın müvafiq hesab(lar)ına köçürülməsi məqsədi ilə Bankda müvafiq cari bank hesab(lar)ı açmaq;

    2. MTK ilə arasında imzalanmış Mənzilin və/və ya payların alğı-satqısı müqaviləsinə əsasən Alıcı tərəfindən əldə edilən Mənzilin müqavilə üzrə ödənişlərini yalnız bu məqsədlə Bankda açılmış cari bank hesabı vasitəsi ilə həyata keçirmək;

    3. Mənzil üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra özünün Bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı qismində Mənzili Bankın xeyrinə ipoteka hüququ ilə yüklü etmək;

    4. Əmək haqqı və ya təsdiqedici sənədi olan digər rəsmi gəliri (o cümlədən dividend, faiz, royalti və s. gəlir) almaq hüququ yarandıqdan dərhal sonra Banka məlumat vermək;

    5. Bu Sazişin imzalanması, o cümlədən, Sazişin qüvvədə olduğu müddət ərzində Sazişin məqsədləri üçün, həmçinin, kreditin verilməsinə dair Bank tərəfindən müsbət qərar qəbul edildiyi halda kredit verilən tarixədək özünə aid siyahısı Bank tərəfindən müəyyən edilən, habelə Bank tərəfindən öz mülahizəsinə uyğun tələb olunan digər sənədləri sonuncuya təqdim etmək.


  • Yüklə 53,43 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   10




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin