Bakı şəhəri “19” Fevral 2021-ci IL



Yüklə 53,43 Kb.
səhifə3/10
tarix02.01.2022
ölçüsü53,43 Kb.
#45274
1   2   3   4   5   6   7   8   9   10
10-02-2021 Bank MTK və Alıcı kreditləşməyə dair üçtərəfli razılaşma son....

Sazişin predmeti



    1. MTK ilə Bank arasında imzalanmış 19.02.2021-ci il tarixli “Birgə fəaliyyət haqqında saziş” çərçivəsində imzalanan Bu Sazişin predmetini MTK ilə Alıcı arasında bu Sazişin şərtlərinə uyğun bağlanması nəzərdə tutulan Mənzilin və/və ya payların alğı-satqısı müqaviləsi əsasında əldə olunacaq Mənzil ilə bağlı bu Sazişlə müəyyən edilmiş hallarda və şərtlərlə Alıcının MTK qarşısındakı öhdəliklərinin Bankın müvafiq müsbət qərarı əsasında maliyyələşdirilməsinin təmin edilməsi ilə bağlı Tərəflərin ilkin qarşılıqlı razılaşmasına dair şərtlər təşkil edir.

    2. Tərəflər arasında ilkin razılaşma aşağıda nəzərdə tutulmuş şərtlər daxilində və mərhələlərlə həyata keçirilir:

      1. Bu Sazişin imzalanmasından əvvəl siyahısı Bank tərəfindən müəyyən olunan Alıcıya aid zəruri sənədlər MTK tərəfindən Banka təqdim olunur. Təqdim olunan sənədlər əsasında Bank tərəfindən Alıcı üzrə ilkin qiymətləndirmə aparılır və qiymətləndirmənin nəticəsi müsbət olduqda bu Sazişin, habelə Mənzilin və/və ya payların alğı-satqısı müqaviləsinin imzalanmasına Bank tərəfindən razılıq verilir. Bankın razılığı olmadan imzalanmış Mənzilin və/və ya payların alğı-satqısı müqaviləsi üzrə maliyyəşmə Bank tərəfindən həyata keçirilmir. Bank ilə MTK arasında bu Sazişin icrası ilə bağlı imzalanmış Mənzilin və/və ya payların alğı-satqısı müqaviləsinin maliyyələşdirilmə şərtləri Bankla MTK arasında ayrıca müqavilə ilə tənzimlənir.

      2. Bu Sazişin imzalanması ilə eyni tarixdə və ya ondan sonra MTK və Alıcı arasında bu Sazişin 1 saylı Əlavəsi qismində Mənzilin və/və ya payların alğı-satqısı müqaviləsi imzalanır.

      3. Alıcı Mənzilin və/və ya payların alğı-satqısı müqaviləsi üzrə Mənzilin dəyərinin kreditin rəsmiləşdirilməsi tarixinə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası” ilə müəyyən edilmiş həcmini ödədikdən sonra Mənzilin dəyərinin qalan hissənin dəyərinin ödənilməsi üçün kredit götürmək məqsədi ilə Banka müraciət edir. Bu bəndin məqsədləri üçün Mənzilin dəyəri Alıcı tərəfindən Banka müvafiq müraciət tarixinə Bank tərəfindən seçilmiş qiymətləndirici (qiymətləndirmə şirkəti) tərəfindən müəyyən oluna və həmin qiymətləndirmə aktı əsas götürülürə bilər.

      4. “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda nəzərdə tutulmuş digər hallarda da Alıcı tərəfindən 2.2.3-cü yarımbənddə nəzərdə tutulmuş məqsədlə kreditin götürülməsi ilə bağlı Banka müraciət edilə bilər.

      5. Bu Sazişin 2.2.3-cü yarımbəndində qeyd edilən müraciət edilərkən MTK və/və ya Alıcı tərəfindən Mənzilin dəyərinin müvafiq hissəsinin ödənilməsini təsdiq edən və qalıq borcu əks etdirən maliyyə arayışı təqdim edilir.

      6. Bank tərəfindən bu Sazişin tələbləri nəzərə alınmaqla Alıcıya kreditin verilməsi barədə müsbət qərar qəbul edildiyi halda sonuncu ilə Bank arasında özünün və/və ya Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun ipoteka, habelə güzəştli ipoteka kreditlərinin verilməsi üzrə müəyyən etdiyi şərtlər çərçivəsində Kredit müqaviləsinin imzalanması nəzərdə tutulur.

      7. Bu Sazişin 2.2.6-cı yarımbəndində nəzərdə tutulan Kredit müqaviləsi imzalandığı halda həmin Kredit müqaviləsi üzrə ödənişlər Mənzilin və/və ya payların alğı-satqısı müqaviləsində razılaşdırılmış ödəniş cədvəli ilə (əsas məbləğ və faiz hissələri dəyişmədən) davam edir.

      8. Kredit müqaviləsi imzalandığı halda Alıcıya verilmiş kreditin təyinatını Mənzilin dəyərinin bu Sazişlə müəyyən edilmiş hissəsinin MTK-ya ödənilməsi təşkil edir.

      9. Mənzilə dair daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə Çıxarış alındıqdan sonra həmin Mənzil Alıcının Bank qarşısında öhdəliklərinin təminatı qismində Bankın xeyrinə ipoteka hüququ ilə yüklü edilir.

    3. Bank ilə MTK arasında bu Sazişdən irəli gələn əməkdaşlığa və kreditləşməyə dair şərtlər Bank ilə MTK arasında ayrıca razılaşdırılır.

    4. Bu Sazişin kreditin verilməsinə dair müvafiq bəndləri Sazişin şərtlərinin pozulması halında Bankın öhdəliyi kimi qəbul edilə bilməz.





  1. Yüklə 53,43 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin