"Bakı Tbilisi Ceyhan" əsas neft kəmərinin 2005 ci ilin axırında tam işə düşməsi labüddür



Yüklə 71,07 Kb.
səhifə1/3
tarix13.12.2022
ölçüsü71,07 Kb.
#74442
  1   2   3
neft meden avadanliqlari butov


G İ R İ Ş
Müstəqillik əldə etdiyimiz ölkədə xalq təsərrüfatının əsas sahəsi olan neft sənayesi milli liderimiz Heydər Əliyevin misilsiz zəhməti nəticəsində “Əsrin müqaviləsi” 1994 – cü ilin sentyabr ayının 20 – də bağlandı.
Son on illik ərzində Azərbaycanda ümumi neft hasilatının vəziyyəti kökündən dəyişməyə başlamışdır və nəticədə neft hasilatının vəziyyəti 10 milyon tondan 32 milyon tonadək qalxmışdır. “Azəri – Çıraq – Günəşli” yataqlarının “İlkin neft” layihəsi çərçivəsində mühüm işlər görülmüşdür. İlkin neft və qazın sahilə nəqli üçün sualtı boru kəmərləri çəkilmiş, Sənqəçalda yeni müasir terminal kompleksi inşa edilmişdir.
Azərbaycan neftinin dünya bazarına nəqlini təmin etmək üçün 1996 – cı ilin əvvəlində Rusiya hökuməti ilə “Azəri” , “Çıraq” və “Günəşli” dəniz yataqlarından çıxarılan neftin Rusiya ərazisi ilə nəql edilməsi haqqında ikitərəfli saziş imzalandı. Ötən illər ərzində Bakı – Subsa Qərb ixrac boru neft kəməri işə düşdü.
Dəniz neft – qaz yataqlarının işlənməsindən ötrü “Dədə - Qorqud” yarımdalma qazma qurğusu “İstiqlal”, “Heydər Əliyev” və s. Qurğular hazırlandı.
“Bakı – Tbilisi – Ceyhan” əsas neft kəmərinin 2005 – ci ilin axırında tam işə düşməsi labüddür.
Maşınqayırmada, avtomobil sənayesində, bir sözlə xalq təsərrüfatının hər yerində neft və neft məhsullarından geniş istifadə edilir, ölkəmizin ərazisində böyük sənaye mərkəzlərindən başlayaraq, ucqar dağ rayonlarının yanacaqla təmin edilməsinə ehtiyac vardır.
Neft məhsullarının, eyni zamanda qazın istehsalı və nəqli hər hansı mərhələdə pozularsa çətinlik yaranır, zavodlar, nəqliyyat dayana bilər. Nəqliyyat pozulduqda bir tərəfdən neft məhsulu və qazın saxlayan tutumlar çatışmır, o biri tərəfdən neftayırma zavodları dayandırılır, eyni zamanda qazçıxarma mədənlərində quyuların dayandırılması lazım gəlir.
Karbohidrogenlərin tələbkarlara çatdırılması elə təşkil olunmalıdır ki, yanacaq növlərinin çatışmamazlığı baş verməsin.Neft və qaz sənayesində əsas şərtlərdən biri də neft məhsullarının müxtəlif səbəblərdən itməsidir.



Yüklə 71,07 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin