Bakı Texniki Kollecinin müəllimi Hüseynli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə79/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   ...   75   76   77   78   79   80   81   82   ...   104
Sənədli tədqiqat
ın əsas xüsusiyyəti ondan ibarətdir ki, o, bilavasitə otaq 
şəraitində aparıla bilər. Belə tədqiqatda nəinki, qoyulmuş məsələnin öyrənilməsi 
üçün qabaqcadan hazırlanmış sənədlərdən, həmçinin başqa məqsədlər üçün 
hazırlanmış sənədlərdən də istifadə oluna bilər. 
Daşımaların həcmini və istiqamətlərini müəyyən etmək üçün adətən, anket 
üsulundan istifadə edilir. Anket üsuluna misal olaraq fərdi minik avtomobili 
sürücüsündən onun etdiyi yürüşləri, həftənin günləri, aylar və il üzrə ən çox istifadə 
etdiyi hərəkət marşrutlarının soruşulmasını göstərmək olar. Anket, belə üsulun əsas 
elementidir.
Anket nümunələrindən biri 2 saylı forma ilə göstərilmişdir. 


Anket doldurulduqda adətən yük göndərən və yük alan təşkilatlar üç qrupa 
bölünür: a) şəhər ərazisində, b) şəhər ətrafında, c) digər şəhərlərdə yerləşən. 
Daşıma məsafəsi faktiki marşrutla müəyyən edilir. 
Hərəkətin təşkilində lazım olan çoxlu sayda məlumatları əldə etmək üçün 
mövcud hesabat və layihə sənədləri öyrənilir və yenidən işlənilir. 
Məsələn, avtonəqliyyat müəssisələrinin və yük göndərən təşkilatların 
hesabatlarına əsasən vacib istiqamətlər üzrə yük avtomobilləri axınının bitkin 
xarakteristikasını tərtib etmək olar. Sənədli tədqiqatın ən vacib hissəsi perspektivdə 
hərəkətin ölçüsünün proqnozlaşdırılmasıdır. Sadə proqnozda avtomobil parkı ilə 
hərəkətin ölçüsünün artımları arasındakı mütənasiblik hipotezindən istifadə edilir. 
Nəqliyyat axınlarının 
canlı müşahidə
üsulu hal-hazırda ən geniş yayılmış 
üsullardan biri olub, çoxlu sayda növləri vardır. Bu üsulun köməyi ilə müəyyən 
vaxt müddətində yol hərəkətinin konkret faktiki şəraitlərini və göstəricilərini 
müəyyən etmək olar. 
1 saylı forma 
Yük avtomobil daşımalarının öyrənilmə 
ANKETI 
Müəssisənin adı_____________________ 
20__il üçün yük dövriyyəsi haqqında məlumatlar. Ünvan________ 
Yükün sinfi 
və adı 
Adı və 
ünvanı 
M
əsa


km
 
Da
şım


cmi

min 
t/il
 
Illik 
dövriyy
ə, 
min
 
t.km
 
Rüblər üzrə 
daşıma həcmi, t 
Istism
ar oluna

avto
mobi
ll
ərin 
xa
ra
kte
risti
ka

Yük 
gönd
ər
ənin
Yük a
lanın

II 
II 
IV 
Alınan məlumatların xarakteri və onların analizi üsuluna görə canlı 
müşahidəni iki qrupa bölmək olar: 
- stasionar ölçü məntəqələrində müşahidə; 
- yol hərəkətinin müxtəlif amillərinin fəza və fəza-zaman xarakteristikalarını 
əldə etmək üçün hərəkət edən vasitələrdən istifadə olunması. 
Ikinci qrupa aid olan tədqiqatlar avtomobil-laboratoriyanın və ya axında 
“üzən” avtomobilin köməyi ilə aparılır.
Canlı müşahidənin xarakterik cəhəti müşahidəçilərin və ya avtomatik 
vericilərin istifadə olunmasıdır. Sadə müşahidə 
passiv
və 
aktiv
üsullarla aparıla 
bilər. 
Passiv müşahidə üsulunda faktiki hərəkət reжimləri qeyd olunur, başqa sözlə 


desək, sadəcə olaraq mövcud şəraitin “şəklini” çəkirlər. 
Hərəkət şəraitinə təsir etməklə aparılan müşahidə aktiv müşahidə adlanır. 
Məsələn, yol şəraitinin müşahidəsi hər hansı yol hərəkətinin təşkili tədbirlərindən 
əvvəl və sonra aparılır. Nəticədə variantları müqayisə etmək üçün lazımi 
göstəricilər əldə edilir. 
Təcrübələrin planlaşdırılması üsullarından istifadə etməklə canlı müşahidə 
üsulunun səmərəliliyini yüksəltmək olar. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin