Bakı Texniki Kollecinin müəllimi Hüseynli


GÜNÜN QARANLIQ VAXTI TƏHLÜKƏSİZLİYİN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə104/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   ...   96   97   98   99   100   101   102   103   104
GÜNÜN QARANLIQ VAXTI TƏHLÜKƏSİZLİYİN
YÜKSƏLDİLMƏSİ ÜSULLARI 
 
Dünyanın bütün ölkələrində YNH-nin statistikası göstərir ki,günü 
qaranlıq vaxtlarında hərəkətin təhlükəsizliyi kəskin surətdə aşağı 
düşür.Ölkələrin əksəriyyətində bu vaxtlarda hərəkət intensivliyi gündüz 
vaxtlarına nisbətən 5-10 dəfə az olduğuna baxmayaraq,YNH-nin 40-
60%-i məhz bu vaxtlarda baş verir. 
Qeyd etmək lazımdır ki,gecə vaxtı baş vermiş YNH-nin çoxunun 
səbəbi stasionar işıqlandırmanın olmaması və ya çox zəif olmasıdır.Gecə 
vaxtı baş vermiş YNH-nin ağırlıq dərəcəsi çox yüksək olur.Bu, 
sürücünün görmə qavrayışının azalması ilə izah olunur. 


Gecə vaxtı sürücü şəraiti çox pis qavrayır,avtomobilinin sürətini dəqiq 
qiymətləndirə bilmir və qarşıdan gələn avtomobilin faralarının işığı ilə 
gözləri qamaşır. 
Qaranlıq vaxtı obyektin görünməsi yol örtüyünün parlaqlığı L
d

müşahidə obyektinin parlaqlığı L

və müşahidə obyekti ilə yol örtüyünün 
parlaqlıq kontrastı k ilə müəyyən edilir: 
L
0
- L
d
K = 
L

Obyekti gözlə görünməyin mümkün olması üçün kontrastın müəyyən 
minimum qiyməti təmin edilməlidir.Bu qiymət kontrastın həddi qiyməti 
adlanır və aşağıdakı kimi hesablanır: 
L
h
K

=
L

burada L

–obyektlə yol örtüyünün parlaqlıqları fərqinin minumum 
qiymətidir. 
k:k

= 15:20 nisbətində görmə təmin edilir. 
Gecə vaxtı hərəkətin təhükəsizliyini təmin etmək üçün elə görmə 
şəraitləri yaradılmalıdır ki,sürücü yolu,onun istiqamətini,görmə 
sahəsində yaranan maneəni asan aşkar edə bilsin.Bu halda sürücünün 
gözünün qamaşdırılması problemi də həll edilmelidir. 
Avtomobil faralarının konstruksiyaları üzərində böyük işlər 
aparılmasına baxmayaraq onların göz qamaşdırmaması problemi hələlik 
həll edilmişdir.Ona görə də yolların stasionar işıqlandırılması məsələsi 
tamamilə həll edilməlidir.Sürücülərin gözlərinin qamaşdırılmasının 
qarşısını almaq üçün aşağıdakı tədbirlərdən istifadə etmək olar: 
-nəqliyyat vasitələrinin qarşı-qarşıya hərəkət axınları ayrılmalı və ya 
tamamilə ləğv edilməlidir (birtərəfli hərəkətin təşkili); 
-faraların nizamlanması və sürücülər tərəfindən düzgün istifadə 
olunmasına yolda nəzarət etmək; 
-stasionar işıqlandırmanın vəziyyətinə nəzarət (eyni zamanda 
anbarlarda,tikinti meydançalarında projektorlarından istifadə 
olunmalıdır). 
Bu baxımdan birtərəfli hərəkətin təşkili daha böyük əhəmiyyətə 
malikdir.İkitərfli avtomobil magistrallarında geniş ayrıcı zolaqlardan 
istifadə etmək olunmalıdır.Romada keçirilmiş Beynəlxalq konqresdə 
göstərilmişdir ki,sürücülərin gözlərinin qamaşdırılmasını aradan 


qaldırmaq üçün ayrıcı zolağın eni avtomagistrallarda 20m,şəhər və dağ 
rayonlarında isə 7,0 m götürülməlidir. 
Bu enə malik ayrıcı zolaqları ancaq yeni layihələndirilən yollarda 
nəzarət tutmaq olur.İstismar olunan yollarda bu çox zaman mümkün 
olmur. 
Göz qamaşdırlımasının qarşısını alan çəpərlərə qoyulan əsas tələblər 
aşağıdakılardır: 
-çəpərlər minumum hündürlüyü 1600mm,yerdən çəpərə qədər olan 
məsafə isə 150 mm olmalıdır. 
-çəpərlər 0-20
0
bucaq altında təsir etdikdə qarşı-qarşıya gələn 
avtomobillərin faralarının işığını buraxmamalıdır.Böyük bucaqlarda 
qamaşdırma 
təsirləri 
az 
olur.Qamaşdırmaya 
qarşı 
çəpərlər 
şəbəkə,alüminim löhvə,plastik profilli ekran və xüsusi yaşıl kollar 
şəklində istifadə oluna bilər. 
Satasionar işıqlandırma olmayan küçə və yollarda təhlükəsizliyin 
təmini üçün sürücülərin optik orientasiyası böyük əhəmiyyət kəsb 
edir.Optik orientasiya imkan verir ki,sürücülər hərəkət hissəsi və 
zolaqların sərhədlərini,yolun istiqamətini düzgün qavrasınlar.Optik 
orientasiya vasitələrinə oxboyu nişanlanma xətlərini də aid etmək 
olar.İşıqəks etdirici elementləri şaquli istiqamətləndirici quruluşlar 
üzərindən də istifadə etmək olar(DÜİST 23457-59-a görə). 
İstiqamətləndirici dirəklərdə qoyulan işıq əksetdirici elementlər sağda 
qırmızı,solda isə ağ və ya sarı rəngdə olmalıdır. 
Stasionar işıqlandırma olduqda belə,optik orientasiya vasitələrindən 
istifadə etmək vacibdir. 
Tunel və estakadalara girişlərdə təhlükəsizlik ardıcıllıqlarında işıqlanan 
mayaklardan istifadə etmək olar. 
Gecə vaxtı yol hərəkətinin aydınlığı o təhlükəsizliyi üçün idarə olunan 
yol nişanlarından alınan məlumatların düzgün qavramasının böyük 
əhəmiyyəti vardır.Qaranlıqda nişanların düzgün qavranması üçün onlar 
daxildən və ya xaricdən işıqlandırılmalı və ya işıq əketdirici matariallar 
tətbiq edilməlidir.Bu qaydalar DÜİST 10807-78-nin texniki tələbləri ilə 
müəyyən edilir. 



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin