minimum olması;
-sürücülər və sərnişinlərin dayanacaqlardan istifadə etməsinin rahatlığı və
təhlükəsizliyi.
Yük daşımalarının təşkilinin təkmilləşdirilməsi şəhərin müxtəilf obyektlərinə
xidmət göstərən yük avtomobilləri üçün dayanacaqların təşkili məsələsinin həllini
tələb edir. Tədqiqatlarla müəyyən edilmişdir ki, sutka ərzində ümumi təyinatlı yük
avtomobilləri orta hesabla 5-7
saat
hərəkətdə olurlar. Sütkanın digər vaxtlarında isə
avtomobillər saxlanma və parklaşma yerlərində, həmçinin küçə dayanacaqlarında
və küçədən aralı meydançalarda dururlar.
Şəhərlərdə, adətən, yük avtomobillərinin qısa müddətlərdə dayanması üçün
yerlər çatışmıır. Yük avtomobilləri səkilərdə, hərəkət hissəsində və bilavasitə zavod
ətrafı meydançalarda yerləşdirilir. Bu, hərəkət sürətini azaldır, manevr etmə
şəraitini pisləşdirir və YNH-nin baş verməsinə səbəb olur. Ona görə də şəhərin
müxtəlif funksional zonalarında yük nəqliyyatı dayanacaqlarının qaydaya salınması
tədbirləri böyük əhəmiyyət kəsb edir.
Bu məsələni həm təşkilati, həm də
planlaşdırma tədbirlərinin köməyi ilə həll etmək olar.
Şəhərlərdə yük avtomobillərinin işinin xarakteri tələb edir ki, tapşırıqların
alınması, yük daşıma sənədlərinin qaydaya salınması və sürücülərin istirahəti
zamanı avtomobillərin dayanacaqları təşkil edilsin.
Yük avtomobilləri dayanacaqlarına tələbat şəhərdə yük göndərən və yük
alan obyektlərin yerləşməsindən, obyektlərin ölçüsü və iş xarakterindən asılıdır.
Böyük şəhərlərdə yük avtomobillərinin dayanma müddətlərini müəyyən
etmək üçün Moskvada xüsusi tədqiqatlar aparılmışdır.
Tədqiqatlarla müəyyən
edilmişdir ki, sənaye rayonlarında dayanıqlı vəziyyət alınır. Bu zaman dayanan
avtomobillərin çoxu qara metallurgiya və tikinti materialları obyektlərinin və anbar
obyektlərinin payına düşmüşdür.
Dayanmış yük avtomobillərinin sayı obyektin gücü və sutkanın vaxtından
asılıdır.
Müxtəlif kateqoriyalı yüklər daşıyan yük avtomobillərinin obyektlər
qarşısında dayanma müddətləri (
dəqiqə
ilə) tədqiqatlarla aşağıdakı kimi müəyyən
edilmişdir:
- sənaye . . . . . . . . . . . . . . . . . . 28
- tikinti . . . . . . . . . . . . . . . . . . 23
- ticarət . . . . . . . . . . . . . . . . . . 33
Yük avtomobilləri üçün dayanma yerlərini təşkil etdikdə NV-nin qabarit
ölçüləri əsas rol oynayır. Qabarit ölçülər, eyni zamanda, dayanacaq üçün ayrılmış
ərazinin planlaşdırma amillərini müəyyən edir.
Küçə dayanacaqları, bir qayda olaraq, hərəkət hissəsində təşkil edilir. Belə
dayanacaqlar, adətən, yükləmə-boşaltma işlərinin
yerinə yetirilməsinə xidmət
göstərirlər.
Küçələrin yük avtomobilləri dayanacaqları üçün istifadə olunma dərəcəsi
şəhərin ölçüsü və onun funksional zonalarından asılıdır. Qədim şəhərlərdə küçə
dayanacaqlarının təşkili məhduddur. Belə şəhərlərin mərkəzi hissələrində vəziyyət
daha da çətinləşir.
Küçə dayanacaqlarını təşkil etdikdə küçənin buraxma qabiliyyəti və
hərəkətin təhlükəsizliyi nəzərə alınmalıdır. Tədqiqatlarla müəyyən edilmişdir ki,
dayanacaqlar küçənin buraxma qabiliyyətini təxminən 25-30
%
azaldır.
Dayanacaqların qadağan edilməsini əsaslandıran meyarlar hərəkət hissəsinin
zolaqları üzrə hərəkət intensivliyindən asılıdır. Bir hərəkət
istiqaməti üzrə hər bir
hərəkət zolağında maksimum saatlıq intensivlik aşağıdakı qiymətləri aldıqda, küçə
dayanacaqlarının təşkilinə icazə verilir.
Bir zolaq
Iki və ya daha
çox zolaq
Yol ayrıcından 45 m
əvvəl və sonra
300
500
Eni 7
m
-dən az olan ikitərəfli hərəkətli küçədə dayanacaqların təşkili
məqsədəuyğun deyildir. Yük avtomobili dayanacağı üçün ayrılmış zolağın
uzunluğu avtomobilin ora sərbəst və təhlükəsiz girib–çıxmasını təmin etməlidir. Bu
uzunluq istifadə edilə bilən avtomobillərin növündən asılıdır. Ümumi təyinatlı yük
avtomobillərinin uzunluğu 6,8–15,5
m
, avtoqatarların uzunluqları isə 15,5–19,8
m
hədlərində dəyişir. Yük avtomobili dayanacağı üçün ayrılmış zolağın
ümumi
qabarit ölçüləri dayanacağın tələb olunan həcmi, avtomobilin uzunluğu və
avtomobillər arasındakı ara boşluğundan asılı olaraq müəyyən edilir. Ara boşluğu
1,2–1,5
m
götürülür.
Dayanacaq meydançaları.
Bu zaman yük götürmə qabiliyyətindən, qoşqunun olması və avtomobilin
yerləşmə bucağından asılı olaraq dayanacağın ümumi
sahəsinə düzəlişlər nəzərdə
tutulur. Göstərilən düzəlişlər 39.3 saylı cədvəldə verilmişdir.
Bütün küçə boyu
400
600