Yolu küçənin ortasından keçən tramvayların dayanacaq məntəqələri hərəkət
təhlükəsizliyi nöqteyi-nəzərindən yol ayrıcından əvvəldə yerləşdirilməlidir. Əgər
bu zaman relssiz marşrut nəqliyyatının dayanacaq məntəqəsini də yerləşdirmək
lazım gələrsə, onda onlar bir-birindən ən azı 30
m
aralıda yerləşdirilməlidir. Yol
ayrıclarında yüksək intensivlikli sola dönmələr olarsa, bu daha vacibdir. Tramvay
yolları küçələrin hərəkət hissəsinin sağ kənarından keçərsə, bəzi hallarda relsli və
relssiz marşrut nəqliyyatı üçün ümumi dayanacaq məntəqəsi təşkil olunur. Əgər
magistral boyu yeraltı
piyada keçidləri yerləşərsə, dayanacaq məntəqələri
maksimum dərəcədə onlara yaxınlaşdırılmalıdır. Bu zaman adamların yola
çıxmasının qarşısını almaq üçün istiqamətləndirici çəpərdən istifadə olunmalıdır.
Avtobus, trolleybus və tramvayın ayaqaltıları ilə dayanma meydançasının
səviyyəsi arasındakı fərq nə qədər az olarsa, sərnişinlərin minib-düşməsi də o qədər
tez və rahat olar. Ona görə də sərnişinlərin minib-düşməsi üçün hərəkət hissəsinə
nəzərən qaldırılmış səkilərdən və ya hündürlüyü 0,15
−
0,2
m
olan
xüsusi minib--
düşmə meydançalarından istifadə edilir. Meydançanın eni 1,5
−
3,0
m
olmalıdır.
Onun uzunluğu isə axındakı ən tipik NV-nin uzunluğuna və hərəkət tezliyinə
uyğunlaşdırılmalıdır. Hərəkət tezliyi 15
ədəd/saat
olan tək avtobus və trolleybuslar
üçün meydançanın uzunluğu 15
m
, tezlik çox olduqda və eyni zamanda iki NV-nin
gəlmə ehtimalı yüksək olduqda, meydançanın uzunluğu 35
−
40
m
nəzərdə tutulur.
Qoşalaşmış tək avtobus və trolleybuslar istifadə edildikdə meydançanın minimum
uzunluğu 20
−
22
m
, eyni zamanda iki NV gəldikdə isə, 45
−
50
m
götürülür.
Avtobus və trolleybusların dayanacaq məntəqələrinin küçənin planında, onun
eni boyu yerləşməsi də xüsusi əhəmiyyətə malikdir. Dayanmış NV ümumi axının
hərəkətinə
mane olur, onun hərəkət xarakteristikasını dəyişir və hərəkət sürətini
aşağı salır. Trayektoriyaya təsir zonasının uzunluğu 150
m
-dən çox olur.
Dayanmış NV-nin (avtobus və trolleybusun) nəqliyyat axınına təsirini tam
aradan
götürmək üçün o, hərəkət hissəsinin kənarından ən azı 1,5
m
aralıda
yerləşməlidir. Beləliklə, eni 4,2
m
olan giriş “cib”lərindən və ya eni 4,2 m olan,
hərəkət hissəsinin genişləndirilməsindən istifadə edilməlidir. Yerli şəraitlər çox
zaman belə genişləndirmələrə imkan vermir. Dayanacaq məntəqəsində dayanmış,
həmçinin ora girən və çıxan NV-nin ümumi nəqliyyat axınına
təsirini azaltmaq
üçün sürətləndirici-keçid zolaqları inşa edilməlidir. Keçid əyrilərinin uzunluğu 20
m
-dən çox götürülməlidir.
Yüksək tezlikli bir neçə marşrutun yığıldığı böyük minib-düşmə
məntəqələrində vəziyyət daha mürəkkəb olur. Bu halda məsələni rasional surətdə
həll etmək üçün ümumi tranzit hərəkətindən
təcrid olunmuş küçədənxaric
stansiyalardan istifadə edilməlidir. Bununla da nəqliyyatdan istifadə edən
adamların təhlükəsizliyi kəskin surətdə yüksəlir.
Dayanacaq məntəqələrinin buraxma qabiliyyətinin təyin edilməsinə əvvəlki
paraqraflarda baxmışıq. Düstura daxil olan parametrlərin orta qiymətlərinə əsasən
ictimai nəqliyyat xəttinin buraxma qabiliyyətinin qiymətləri aşağıdakı kimidir:
Dostları ilə paylaş: