keyfiyyətindən asılıdır.
Ixtiyari marşrut nəqliyyatının
hərəkəti sürətlənmə, qərarlaşmış sürətlə
hərəkət, tormozlanma, minib-düşmələr zamanı dayanacaqlarda
ləngimə və yol
ayrıclarında ləngimələrdən ibarət olan tsiklik bir prosesdir. Bu şəraitlərdə bir tsikl
üçün çatdırma sürətinin qiyməti aşağıdakı düsturla hesablanır:
+
+
+
=
t
V
L
j
a
P
щ
щ
p
ъ
V
Л
3,6
В
/
6
,
3
)
/
1
/
1
(
2
,
7
/
, (38.1)
burada
ъ
В
-çatdırma sürəti,
km/saat
;
щ
В
-pereqonda icazə verilən hərəkət
sürəti,
km/saat
;
-təcil,
=1
m/san
2
götürülür;
j
-xidmət tormozlanması zamanı
təcil,
m/san
2
;
p
Л - dayanacaqlar arasındakı pereqonun uzunluğu,
m
;
Δ
т
-dayanacaq
məntəqəsində orta ləngimə vaxtıdır,
san
.
(38.1) düsturu ilə hesabat əsasında marşrut nəqliyyatının (
p
Л
dayanacaqlar
arasındakı məsafə) və adi avtomobillərin nizamlanan hərəkətli magistrallarda
hərəkətinin (
p
Л nizamlanan yol ayrıcları arasındakı məsafə) çatdırma sürətlərini
məyyən etmək olar. Svetoforlardakı ləngimələri
də nəzərə alaraq marşrut
nəqliyyatının çatdırma sürətini təyin etdikdə svetoforlardakı ləngimələrin ehti-
malına əsasən
p
Л
-nin orta qiymətindən istifadə edilir. (38.1) düsturunun analizi bir
daha təsdiq edir ki, yol hərəkətinin xarakteristikalarına
kompleks amillər təsir
göstərir. Nəqliyyat vasitələrinin sürətlənmə və yavaşıma təcilləri təkcə onların
konstruktiv xarakteristikalarından yox, həm də avtomobili idarə etmə üsulundan,
yəni sürücüdən asılıdır. Pereqonlarda qərarlaşmış hərəkət sürətinin qiymətləri,
avtobusların texniki xarakteristikasından,
yolun vəziyyətindən, yol hərəkəti
qaydalarının
müəyyən etdiyi həddən,
hərəkət intensivliyindən, hərəkət
üstünlüyündən və dayanacaq məntəqələrinin yerləşməsindən asılıdır.
Dayanacaq məntəqələrinin yerinin müəyyən edilməsində optimal variantın
seçilməsi üçün ziddiyyətli tələblər nəzərə alınmalıdır. Bunlar sərnişinlərin rahatlığı
və nəqliyyat axınlarına minimum maneçilikdir. Bu ziddiyyətlər magistral küçələrin
kəsişmə zonasında daha qabarıq şəkildə özünü göstərir. Ancaq, piyada və nəqliyyat
axınlarının dərindən öyrənilməsi sayəsində dayanacaq məntəqələrinin yerini dəqiq
müəyyən etmək olar.
Relssiz marşrut nəqliyyatı üçün çoxzolaqlı hərəkət olduqda keçidə tərəf
hərəkət edən sərnişinlərin təhlükəsizliyinin təmin olunması
üçün dayanacaq
məntəqəsi kəsişmədən və piyada keçidindən sonra yerləşdirilməlidir. Ancaq, külli
miqdarda piyada yaradan məntəqələr (ticarət mərkəzləri, mehmanxanalar) olduqda
dayanacaq məntəqəsini kəsişmədən əvvəldə yerləşdirmək səmərəli olur.
Inşaat Norma və Qaydalarına əsasən marşrut sərnişin nəqliyyatının
dayanacaq məntəqələri arasındakı məsafə 600
Dostları ilə paylaş: