Bakı Texniki Kollecinin müəllimi Hüseynli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə92/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   ...   88   89   90   91   92   93   94   95   ...   104
km/saat;
- 12
0
meyldə sürət 32-56 
km/saat; 
- 10
0
meyldə sürət >32 
km/saat. 
Böyük sürətlərdə meyl ölçən daha kiçik bucaq göstərəcəkdir. 
Nəzəri hesabatlarda əyrixətli hissələrdə təklif olunan hərəkət sürətini təyin 
etmək üçün aşağıdakı düsturdan istifadə olunur: 
и)Р
127(
В
а

=
μ

burada, 
а
В
- təklif olunan hərəkət sürəti, 

-sürtünmənin eninə qüvvə 
əmsalı, 
и
- yolun eninə mailliyi, Р - əyrinin radiusudur. 


Bu düsturla hesabatların nəticələri 33.1 saylı cədvəldə göstərilmişdir. 
Cədvəl 33.1 
Hesabi 
sürət, 
km/saat
Maksimum qiymət 
(
)
и
+
μ
cəmi 
Mini-
mum 
radius, 
m
Qövsün 
maksimum 
əyriliyi, 
radian
Qövsün 
yuvarlaq - 
laşdırılmış 
əyriliyi, 
rad.

 
 
и
 
48 
64 
80 
96 
104 
112 
120 
128 
48 
64 
80 
96 
104 
112 
120 
122 
48 
64 
80 
96 
104 
112 
120 
128 
48 
64 
80 
96 
104 
112 
120 
128 
0,06 
0,06 0,06 
0,06 
0,06 
0,06 
0,06 
0,06 
0,08 
0,08 
0,08 
0,08 
0,08 
0,08 
0,08 
0,08 
0,10 
0,10 
0,10 
0,10 
0,10 
0,10 
0,10 
0,10 
0,12 
0,12 
0,12 
0,12 
0,12 
0,10 
0,12 
0,12 
0,16 
0,15 
0,14 
0,13 
0,13 
0,12 
0,11 
0,11 
0,16 
0,15 
0,14 
0,13 
0,13 
0,12 
0,11 
0,11 
0,16 
0,15 
0,14 
0,13 
0,13 
0,12 
0,11 
0,11 
0,16 
0,15 
0,14 
0,13 
0,13 
0,12 
0,11 
0,11 
0,22 
0,21 
0,20 
0,19 
0,19 
0,18 
0,17 
0,17 
0,24 
0,23 
0,22 
0,21 
0,21 
0,20 
0,19 
0,19 
0,26 
0,25 
0,24 
0,23 
0,23 
0,22 
0,21 
0,21 
0,28 
0,27 
0,26 
0,25 
0,25 
0,24 
0,23 
0,23 
273 
508 
833 
1263 
1483 
1815 
2206 
2510 
250 
464 
758 
1143 
1341 
1633 
1974 
2246 
231 
427 
694 
1043 
1225 
1485 
1786 
2032 
214 
395 
641 
960 
1127 
1361 
1630 
1855 
21,0 
11,3 
6,9 
4,5 
3,9 
3,2 
2,6 
2,3 
22,9 
12,4 
7,6 
5,0 
4,3 
3,5 
2,9 
2,5 
24,8 
13,4 
8,3 
5,5 
4,7 
3,9 
3,2 
2,8 
26,7 
14,5 
8,9 
6,0 
5,1 
4,2 
3,5 
3,1 
21,0 
11,5 
7,0 
4,5 
4,0 
3,0 
2,5 
2,5 
23,0 
12,5 
7,5 
5,0 
4,5 
3,5 
3,0 
2,5 
25,0 
13,5 
8,5 
5,5 
4,5 
4,0 
3,0 
3,0 
26,5 
14,5 
9,0 
6,0 
5,0 
4,0 
3,5 
3,0 
Hərəkət sürətinin məhdudlaşdırılmasının aşağıdakı növlərindən də istifadə 
olunur: 
-əlverişsiz hava şəraitlərində hərəkət sürətinin məhdudlaşdırılması; 
-günün qaranlıq vaxtlarında hərəkət sürətinin məhdudlaşdırılması; 
-NV-nin növündən asılı olaraq hərəkət sürətinin məhdudlaşdırılması; 
- sürətli magistrallarda hərəkət sürətinin məhdudlaşdırılması. 
 
 
 
 
 


 
BİRTƏRƏFLİ HƏRƏKƏTİN TƏŞKİLİ 
Küçələr və avtomagistrallar ilk öncə iki tərəfli hərəkət üçün nəzərdə 
tutulurdu. Hərəkət intensivliyinin artması ilə mövcud küçələrdən daha səmərəli 
surətdə istifadə etmək üçün küçələr şəbəkəsində birtərəfli hərəkət tətbiq olunur. 
Birtərəfli hərəkətli paralel küçələrdə hərəkət istiqamətləri bir-birinin əksinə 
götürülür. Birtərəfli hərəkətə malik olan iki paralel küçə enli ayırıcı zolağa malik 
olan avtomagistrala bənzəyir. Hərəkətin bu cür təşkili nəticəsində hərəkət sürəti 10-
20
%
artır, kəsişmələrdə baş verən ləngimələr və YNH-nin sayı 20-30
%
və hətta, 
bəzi hallarda 50
%
azalır. Bir-birinə yaxın olan paralel küçələrə malik şəhərlərdə 
birtərəfli hərəkət geniş surətdə tətbiq edilməkdədir. Radial həlqəvi plana malik 
şəhərlərdə də birtərəfli hərəkət tətbiq oluna bilər.
 
Birtərəfli hərəkət əsasən dar 
küçələrdə (eni 5-9 
m
olan) tətbiq edilir və eni 5 
m
olan küçələrdə isə o, hərəkətin 
təşkilinin yeganə variantıdır. 
Birtərəfli hərəkətli küçələrin aşağıdakı növləri vardır: 
- hərəkəti daimi olaraq bir istiqamətdə olan küçələr;
 
- hərəkət istiqaməti zaman-zaman əks tərəfə dəyişən küçələr;
- «pik» saatlarında birtərəfli, digər vaxtlarda isə ikitərəfli hərəkətə malik olan 
küçələr. Məsələn, səhər ”pik” saatlarında küçə hər hansı bir istiqamətdə birtərəfli 
hərəkətə, axşam “pik”ində əks istiqamətdə birtərəfli hərəkətə, digər vaxtlarda isə 
ikitərəfli hərəkətə malik olur. 
Birtərəfli hərəkət aşağıdakı üstünlüklərə malikdir: 
- küçələrin buraxma qabiliyyəti yüksək olur
- əsasən yol ayrıcında hərəkətin təşkili sxemi sadələşir; 
- bütün hərəkət zolaqlarından səmərəli surətdə istifadə edilir; 
- avtomobillərin küçədə dayanmalarına şərait yaranır; 
- koordinə edilmiş nizamlamanın tətbiqi üçün geniş imkanlar açılır; 
- qəzalılıq səviyyəsi azalır; 
- T şəkilli yol ayrıcları sadələşir və öz-özünə nizamlamanı həyata keçirmək 
üçün şərait yaranır. 
Birtərəfli hərəkətdə hərəkət şəraiti və hərəkət təhlükəsizliyi yaxşılaşdığından 
sürücülərin emosional gərginliyi azalır, yol ayrıcında hər iki tərəfə baxmağa ehtiyac 
qalmır. 
Birtərəfli hərəkətin bu göstərilən müsbət cəhətləri ilə yanaşı, bir sıra mənfi 
cəhətləri vardır: 
- marşrutların uzanması və nəticədə əlavə yürüşlərin artması; 
- getmə vaxtının artması; 
- birtərəfli hərəkətli küçə-yol şəbəkələri sistemində hərəkət zamanı əsasən, 
nabələd sürücülər istiqaməti itirir və bəzi marşrutlardan imtina edirlər; 
-birtərəfli hərəkətin tətbiqindən sonra qəzalılıq səviyyəsinin yüksəlməsi. 
Birtərəfli hərəkət aşağıdakı hallarda tətbiq edilə bilər: 
- küçələrin ölçüləri hərəkət intensivliyinə uyğun olmadıqda; 
-dar küçədə ikitərəfli hərəkətin tətbiq edilməsi mümkün olmadıqda; 
-yüksək intensivlikli hərəkət istiqamətində sürəti yaxşılaşdırdıqda; 


- ümumşəhər mərkəzindən tranzit hərəkətini buraxdıqda; 
- tikinti və təmir işləri zamanı müvəqqəti keçid təmin edildikdə; 
-əsas magistralı yüksüzləşdirdikdə (axının bir hissəsi paralel küçələrə 
keçirilir); 
- müəyyən istiqamətdə hərəkətin məcburi təşkil ilə əlaqədar nəqliyyat 
məsələlərini həll etdikdə; 
- ictimai nəqliyyatın hərəkətini fasiləsiz təşkil etdikdə; 
- eniş və yoxuşlarda hərəkətin təhlükəsizliyini yüksəltdikdə; 
- hərəkət hissəsi hesabına səkilər genişləndirildikdə; 
- səkilər boyunca dayanacaqlar təşkil etdikdə; 
- dar küçələrdə yükləmə-boşaltma işləri yerinə yetirildikdə. 
Birtərəfli hərəkət ayrıca götürülmüş bir küçədə, iki paralel küçədə, bir neçə 
küçələr sistemində və nəqliyyat şəbəkələrində tətbiq edilə bilər. 
Düzbucaqlı plana malik şəhərlərdə birtərəfli və ikitərəfli hərəkətli küçələr 
bir-biri ilə əlaqəli şəkildə tətbiq edilirlər. Məsələn, üç paralel küçə olduqda, kənar 
küçələrdə birtərəfli, ortadakı küçədə isə ikitərəfli hərəkət təşkil edilir. Bu zaman 
aşağıdakı məqsədlər güdülür: 
- mərkəzi magistralın yüksüzləşdirilməsi; 
-nəqliyyat vasitələrinin növünə görə küçələrin xüsusiləşdirilməsi; 
- mərkəzi küçələrdə marşrut hərəkəti saxlanır və hər iki küçə ilə əlverişli 
əlaqə yaradılır. 
Radial-həlqəvi plana malik şəhərlərdə birtərəfli hərəkət iki qonşu radial 
küçələrdə yaradılır. Qeyd etmək lazımdır ki, mərkəzdən uzaqlaşdıqca əlavə 
yürüşlər artdığından birtərəfli hərəkət radial küçələrin müəyyən hissəsində tətbiq 
edilir. 
Birtərəfli hərəkətli bir neçə küçəni ardıcıl birləşdirməklə qapalı kontur almaq 
olur. Bu halda nəqliyyat axınları yaşayış rayonlarının ətrafından keçir və kontur 
paylayıcı element funksiyasını yerinə yetirir. 
Bəzən bir-birinə toxunan konturlu birtərəfli hərəkətli küçələr sistemi yaradılır 
ki, burada dairəvi hərəkət “dişli çarx” prinsipinə əsaslanır. 
Birtərəfli hərəkətin təşkili istiqamətcə daimi və müvəqqəti ola bilər. 
Bunlardan birincisi daha geniş yayılmışdır. Müəyyən vaxtlarda, hərəkət intensivliyi 
istiqamətlər üzrə kəskin surətdə dəyişən küçələrdə, dəyişkən istiqamətli birtərəfli 
hərəkət təşkil edilir. Belə küçələrdə digər vaxtlarda ikitərəfli hərəkət fəaliyyət 
göstərir. Tikinti və təmir işləri ilə əlaqədar olaraq daha uzunmüddətli müvəqqəti 
birtərəfli hərəkət tətbiq edilə bilər. 
Birtərəfli hərəkətdə ictimai şəhər nəqliyyatı üçün xüsusi zolağın ayrılmasına 
şərait yaranır. Kiçik sıxlıqlı və radial plana malik şəhərlərdə birtərəfli hərəkətin 
təşkili nəticəsində piyadaların dayanacaq məntəqələrinə gediş məsafələri 
artdığından marşrut sərnişin nəqliyyatının işi mürəkkəbləşir. Ona görə də bəzi 
küçələrdə əks istiqamətlərdə marşrut nəqliyyatının hərəkətinə icazə verilir. 
Birtərəfli hərəkət tətbiq edildikdə diqqətli hazırlıq işləri görülməlidir. Ilk 
günlərdə hətta tənzimləyici polis işçisindən də istifadə etmək lazımdır. Bu cür 
hərəkətin tətbiqi texniki-iqtisadi cəhətdən əsaslandırılmalıdır. 



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin