normalaşdırmaq üçün təhlükəli sahələrdə yol nişanlarından istifadə olunur.
Mübahisəli nöqtələrin sayının azaldılması üçün, ilk növbədə, zolaqda nəq-
liyyat vasitələrinin dayanmaları qadağan olunmalıdır.
Bunun üçün marşrut nəqliyyatı dayanacaqlarında “ciblər”, yoldan kənar göz-
ləmələr və dincəlmə yerlərində meydançalar və s. düzəltmək lazım gəlir.
Əgər belə meydançalar, “ciblər” və genişləndirmələr yol tikintisində nəzərdə
tutulmayıbsa, onları yolun istismarı zamanı düzəltmək lazımdır.
Çətin şəraitlərdə sürücüyə aktiv kömək vasitəsi kimi sürücülərin məlumat-
landırılması böyük rol oynayır. Bunun üçün yol nişanları, yolun nişanlanma xətləri
və müxtəlif göstəricilərdən istifadə olunmalıdır.
Qış mövsümü sutkanın işıqlı vaxtının azalması, havanın temperaturunun aşa-
ğı düşməsi və qar yağması ilə xarakterikdir. Bu şəraitdən asılı olaraq qışda hərəkət
sürəti azalır və bərk qar yağdıqda isə hərəkətdə fasilələr yaranır. Az ilişmə əmsalı
olan yollarda YNH-nin baş vermə ehtimalı artır. Yol buz bağladıqda nəinki, tormoz
yolu artır, həmçinin avtomobilin eninə dəyanətliliyi də azalır.
Qış şəraitində təhlükəsizliyin və avtomobillərin optimal hərəkət sürətinin
artırılması üçün bir sıra əlavə tədbirlər görülməlidir:
-yolun qardan rasional şəkildə təmizlənməsi;
-yolun buz bağlamasının qarşısını almaq və yol örtüyünün sürüşkənliyi ilə
mübarizə;
-qar yığınlarının olması yollarda görmə şəraitini pisləşdirir;
-sürücülərə çox mürəkkəb hərəkət şəraiti haqqında məlumat vermək üçün əlavə
məlumatverici vasitələrdən istifadə olunmalı.
Yoldan qarın təmizlənməsi üçün qar təmizləyici və ya qızdırıcı qurğulardan
istifadə olunur.
Qışda görmə şəraitini yaxşılaşdırmaq üçün yolun çiyini boyu 2–3
m
hündür-
lüyündə, ağ-qara zolaqla rənglənmiş ağac dayaqlardan istifadə olunur. Bundan baş-
qa yol nişanları vaxtı-vaxtında qar və buzdan təmizlənməlidir.
Dostları ilə paylaş: