Bakı Texniki Kollecinin müəllimi Hüseynli


DƏMİR YOL KECİDLƏRİNDƏ VƏ NƏQLIYYAT TUNELLƏRINDƏ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə101/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   ...   96   97   98   99   100   101   102   103   104
 
DƏMİR YOL KECİDLƏRİNDƏ VƏ NƏQLIYYAT TUNELLƏRINDƏ 
HƏRƏKƏTIN TƏŞKILI 
Dəmir yol keçidləri dedikdə avtomobil yolları ilə dəmir yollarının eyni 
səviyyədə kəsişmələri başa düşülür. 
YNH və ləngimələrin əsas hissələri dəmir yolu keçidlərində baş verir. Bu 
kəsişmələr çox zaman “dar yerlər” rolunu oynayır və burada avtomobil yollarının 
buraxma qabiliyyəti kəskin surətdə aşağı düşür. Ona görə də dəmir yolu 
keçidlərində hərəkətin təşkili əsas məsələlərdən biridir. 
Dəmir yol keçidlərində təhlükəsizlik və ən böyük buraxma qabiliyyətini 
təmin etmək üçün aşağıdakı şərtlər ödənməlidir: 
-avtomobil sürücüləri və lokomativ maşinistləri üçün lazımi görmə 
məsafəsinin təmin olunması; 
-girişlərdə və bilavasitə kəsişmədə yolların hamarlığı və lazımi ilişmə əmsalı; 
-kəsişmədə zolağın lazımi eni və sayı; 
-piyada hərəkəti üçün xüsusi yolların tikintisi; 
-kəsişmədə lazımi xəbərdaredici informasiyaların, siqnalların olması və 
sazlığı; 
-siqnalların və şlaqbaumların idarə olunmasının avtomatlaşdırılması; 
-sürücü və sərnişinlərin müəyyən edilmiş qaydalara əməl etməsi. 
Kəsişmədə görmə şəraitini təmin etmək üçün yol ayrıcı düzgün 
yerləşdirilməli və görməni pisləşdirən obyektlər uzaqlaşdırılmalıdır. 
Dəmir yol keçidlərində görünmə şəraitinin sxemi 40.1 saylı şəkildə 
göstərilmişdir. Belə qəbul edilmişdir ki, sürücü
keçiddən 
а
Л
məsafəsində (yol səthinin he- 
sabi görünmə məsafəsi) olduqda kəsişmə- 
dən 400 
m
aralıda yerləşmiş lokomativi
görməlidir. Eyni zamanda lokomativ sürü- 
cüsü dəmir yolu keçidini 1000 m-dən
görməlidir. Sxemdə göstərilmiş görmə üç- 
bucağı daxilində görünməyə mane olan
elementlər olmamalıdır (ağaclar, tikililər,
divarlar və s.). 
Belə görünmə qorunmayan keçidlərdə daha vacibdir. Göstərilən görünmə 
şəraiti təmin olunmayan hallarda lazımi görmə məsafəsi və svetofor siqnallarının 
dəqiq qavrayışı əsas rol oynayır. Sürücülər 100 

qabaqcadan kəsişməni dəqiq 
görməlidirlər. Əgər bu görünmə məsafəsi təmin olunmazsa, kəsişmələrə girişlərdən 
qabaq sürəti məhdudlaşdıran nişanlar qoyulmalıdır. 
Dəmir yolu keçidlərinin vəziyyəti elə olmalıdır ki, orada hərəkət sürəti 30 
km/saat
-dan aşağı düşməsin 
Məlumdur ki, dəmir yolu keçidlərində hərəkətin təhlükəsizliyi və sürəti 
Dəmir yol keçidində görmə şəraiti. 
20m 
400m 
400m 
L

L



ilişmə əmsalından da çox asılıdır. Ona görə də qış vaxtı keçidin buzla örtülməməsi 
üçün lazımi tədbirlər görülməlidir. Keçidin eni elə olmalıdır ki, oradan qarşı-qaşıya 
minimum bir avtomobil keçə bilsin. IN və Q D.5–72-nin tələblərinə görə keçiddən 
hər tərəfə ən azı 200 
m
məsafədə onun eni 6 
m
-dən az olmamalıdır. 
Qatarların hərəkət tezliyi yüksək olan keçidlərdə buraxma qabiliyyətini 
artırmağın əsas yolu hərəkət zolaqlarının sayını artırmaqdır. Bu halda keçiddən 
əvvəl zolaqların sayını müəyyən edən nişanlama xətləri çəkilməli və “Zolaqlarda 
hərəkət istiqamətlərini göstərən” 5.8.1 nişanından istifadə olunmalıdır. 
SSRI yollar nazirliyinin tipik layihələrinə görə dəmir-beton tavalardan 
hazırlanmış piyada yollarının eni 1,07; 2,16; 3,25 
m
; taxtadan hazırlanmış yolların 
eni isə 1,25; 2,33 və 3,0 
m
olmalıdır. 
Stansiyalarda olan eyni səviyyəli dəmir yolu keçidlərində piyada keçidləri 
svetoforlarla və səs siqnal quruluşları ilə təmin olunmalı və qatarların gəlməsi 
xüsusi radio qurğusu ilə xəbər verilməlidir. Keçidlərdə siqnalların avtomatik idarə 
olunma quruluşları nəqliyyat ləngitmərini kəskin surətdə azaldır. Artıq svetoforla 

Cədvə 40.1 
svetoforların görünmədiyi sahəyə girmiş avtomobil sürücülərinin xəbərdar edilməsi 
vaxtının davamiyyət müddəti keçiddə təhlükəli zonanın uzunluğundan asılıdır. 40.1 
saylı cədvəldə düzbucaqlı dəmir yolu keçidlərində təhlükəli zonanın uzunluqları 
göstərilmişdir. 
Bucaq altında kəsişmələrdə təhlükəli zonanın uzunluğu konkret şəraitdən 
asılı olaraq müəyyən edilir. Avtomatik svetofor siqnallarında xəbərvermə 
siqnallarının müddəti 30 san., elektrik və mexaniki şlaqbaumlar olduqda isə 40 san. 
olmalıdır. Bucaq altında kəsişmələrdə bu vaxt 50 
san.
götürülə bilər. 
Siqnalın verilmə məsafəsi ən sürətli (
В
=160 
km/saat
) qatara görə müəyyən 
edilir. Qatarın sürəti kiçik olduqda, məsələn, 80 
km/saat
olduqda, siqnalın verilmə 
müddəti və şlaqbaumun bağlı qalma müddəti iki dəfə çox olacaqdır. Dəmir yolu 
keçidlərində siqnaldan 8 
san
. sonra şlaqbaum endirilir. Keçidə 20 
m
qalmış hərəkət 
hissəsi bütöv oxboyu xətlə işarələnir və yol səviyyəsindən 200

300 
mm
yüksək 
olan məhdudlaşdırıcı dirəklər basdırılır. 
Nəqliyyat tunellərində təhlükəsizliyini təmin etmək məqsədilə işıqlanmanın 
qiymətləri 40.2 saylı cədvəldəki qiymətlərdən az olmamalıdır. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin