temperament
adlanır. Temperament insanın emosional həyacanında və onun ümumi çevikliyində
(aktivliyində) əks olunur.
Xarakter
–insanın hərəkətlərində əks olunan nisbətən
dayanıqlı psixi xüsusiyətlərin məcmusudur. Xarakter tərbiyə və tədris prosesində
yaranır.
Sürücülərin peşəkar fəaliyyətlərinin müvəffəqiyyəti mürəkkəb iş şəraitlərində
onların psixofizioloжi və şəxsi keyfiyyətlərinin inteqral ifadəsi ilə müəyyən edilir.
Ona görə də bu keyfiyyətlərin öyrənilməsi sürücülərin psixofizioloжi etibarlılığının
proqnozlaşdırılmasında və hərəkətin təhlükəsizliyinin yüksəldilməsində böyük
əhəmiyyət kəsb edir.
SÜRÜCÜ ƏMƏYİNİN ETIBARLILIĞI
Etibarlılıq
dedikdə, verilən şərait və müddətdə imtinasız iş ehtimalı nəzərdə
tutulur. Yol hərəkətinin təhlükəsizliyi nəinki, SAYM sisteminin, həmçinin onun hər
bir elementinin etibarlılığından asılıdır. Hal-hazırda, sürücünün keyfiyyətini
xarakterizə etdikdə etibarlılıq anlayışı daha geniş surətdə istifadə olunur. Bəzi
hallarda sürücünün etibarlığı dedikdə onun “biliyi” başa düşülür. Bununla bərabər,
bəzən sürücünün biliyi və vərdişləri ilə əlaqədar olmayan səhvlər buraxılır.
Sürücünün etibarlığı dedikdə onun avtomobili səhvsiz idarə etmək
qabiliyyəti başa düşülür.
Sürücü fəaliyyətindəki səhvlər aşağıdakılar ola bilər: piyadalar yolu təhlükəli
yerdən keçdikdə surəti azaltmamaq, tormozlamaq əvəzinə piyadanı yandan keçmək
istəyi və s.
Sürücünün səhvini sistemin fəaliyyətində onun əsas elementinin və
bütövlükdə sistemin imtinası kimi başa düşmək olar.
Sürücünün etibarlılıq dərəcəsini müəyyən edən əsas amillər isə
aşağıdakılardır:
-sürücünün avtomobili idarə etməyə yararlığı;
-sürücünün hazırlığı;
-sürücünün işləmək qabiliyyəti.
Bu amillər 12.1 saylı şəkildə göstərilmişdir.
Hal-hazırda, sürücünün yararlığı, səhiyyə nazirliyinin müəyyən etdiyi
qaydaya, əsasən, tibbi müayinə ilə müəyyən edilir. Bu tibbi müayinə nəticəsində
psixofizioloжi qabiliyyətlərinə görə sürücünün yararlığı tamamilə müəyyən edilə
bilmir. Bu isə sürücü kadrlarının seçilməsi işinə əngəl törədir.
Bundan başqa, sürücülərin bütün fərdi psixofizioloжi xüsusiyyətləri iş
müddətində xüsusi məşqlər vasitəsilə təkmilləşdirilə bilmir. Məsələn, gecə vaxtı pis
görmə qabiliyyəti, emosional dayanıqsızlıq və s.
Avtomobili idarə etmək yüksək emosional gərginlik tələb edir. Sürücü, hətta,
ətraf şəraitin dəyişməsinə diqqətli olur və lazım gəldikdə çox yüksək tempdə
təsirlər yerinə yetirir. Adətən həyəcanlanmağını kəskin şəkildə biruzə verən
adamlar sürücü işi üçün yararsız sayılır. Onlar qəza vəziyyətlərinin yaratdığı
emosional gərginlik zamanı lazımi hərəkətləri tez və səhvsiz yerinə yetirə bilmirlər.
Reaksiya sürəti sürücü üçün böyük əhəmiyyətə malikdir. Yüksək sürətlərdə,
saniyənin onda biri belə, avtomobilin dayanma yolunun bir neçə metr artmasına
səbəb ola bilər. Növbələşən qaranlığa və işığa uyğunlaşmayan sürücülər daha çox
qəza vəziyyətləri yaradırlar.
Ñöðöчö
Éàðàðëûëûüы
Ùàçûðëûüû
Èøëÿìÿ
габилиййяти
Тиб
би
бах
ы
ш:
ñ
àü
ëà
ìëû
ã
вя
зи
й
-
й
ят
и
н
и
н
вя
щи
сс
о
р
ганл
ар
ы
фу
н
к
-си
й
алар
ы
н
ы
н
й
о
х
л
ан
м
ас
ы
Гавр
ай
ы
ш,
ди
ггят
,
адап
т
ас
и
й
а,
р
еа
к
си
й
а
вя
ем
о
си
о
н
ал
дай
а-
н
ы
гл
ы
ьы
н
пси
х
о
л
о
жи
тя
дги
ги
Авт
о
м
о
би
л
и
и
дар
я
етм
я
вя
р
ди
ш-
л
яр
и
н
и
н
йар
ан
м
ас
ы
Йц
к
сяк
м
ян
яв
и
к
ей
фий
й
ят
-
л
яр
и
н
й
ар
ан
м
ас
ы
,
м
ц
р
як
к
яб
шяр
аи
т
л
яр
дя
ети
бар
л
ы
ьы
н
са
х
л
ан
м
ас
ы
Ор
гани
зм
и
н
вя
зи
й
й
ят
и
н
и
н
й
ах
-
шы
л
аш
дыр
ы
л
м
ас
ы
Sürücünün etibarlığını müəyyən edən əsas amillər.
Hazırlıq-tədris və psixoloжi hazırlıq müddətində əldə olunmuş yüksək
səviyyəli peşəkar vərdişlərlə müəyyən edilir. Bu cür hazırlıq sürücülərin peşəkarlıq
keyfiyyətlərinin
təkmilləşdirilməsinin
və
onların
ustalıq
səviyyəsinin
yüksəldilməsinin əsasını təşkil edir.
Sürücü diqqətinin əsas keyfiyyətləri bunlardır: diqqətin həcmi, onun
intensivliyi, sıxlığı, dayanıqlığı, paylanması və yerdəyişməsi.
Sürücü üçün böyük əhəmiyyət kəsb edən diqqət məşqlər vasitəsilə
yaxşılaşdırıla bilər.
Hazırlıqdan danışdıqda sürücünün avtomobili böyük sürətlə sürmə
qabiliyyətini nəzərdən qaçırmaq olmaz. Bunun üçün xüsusi məşqlər aparılır. Böyük
sürətlərdə görmə sahəsi kəskin surətdə azalır. Məsələn, 50 km/saat sürətində görmə
sahəsi 120
0
-dən 105
0
-yə, 100 km/saat-da 50
0
-yə, 160 km/saat-da isə 5
0
-yə qədər
azalır. Bu zaman görmə zolağı böyüyür: 50 km/saat-da o, 150 m-ə, 160 km/saat-da
isə 700 m-ə çatır.
Sürücünün işləmə qabiliyyəti onun aşağıdakı vəziyyətlərindən də asılıdır:
xəstəliyi, yorğunluğu və ya ifrat yorğunluğu, tormozlanma vəziyyəti, sərxoşluğu,
stress vəziyyəti.
Yorğunluq dedikdə iş prosesində insan orqaniziminin işləmə qabiliyyətinin
müvəqqəti olaraq azalması başa düşülür. Yorğunluq və istirahət arasındakı əlaqənin
pozulması ifrat yorğunluğa səbəb olur. Yorğunluq nəticəsində reaksiya vaxtının
latent periodu uzanır, hərəkət dəqiqliyi azalır, mürəkkəb vərdişlər pisləşir,
hərəkətlərin əlaqələri pozulur.
Stress
-orqanizmin
bütün funksiyalarının maksimum surətdə gər-
ginləşməsidir. Avtomobili idəarə etdikdə sürücünün psixi gərginliyi kritik
vəziyyətlərdə vaxt çatışmazlığı üzündən yaranır. Yüksək əsəb dayanıqlığına malik
olan sürücülər stress vəziyyətlərinə də dayanıqlı olurlar.
Dostları ilə paylaş: |