NƏQLIYYAT VASİTƏLƏRİ KONSTRUKSİYASININ TƏHLÜKƏSİZLİK NÖVLƏRİ Çox zaman YNH-nin səbəbi SAYM sisteminin elementlərindən birinin digər
elementlərə uyğun olmamasıdır. Bu hadisələrin çoxu ona görə baş verir ki, yol
şəraitlərinin qoyduğu tələblər, əksər vaxtı, insan orqanizminin və ya NV-nin
konstruksiyalarının imkanlarından yüksək olur. Insanın hiss üzvləri ancaq kiçik
yüklənmə həddində etibarlı işləyir. Mürəkkəb yol şəraitlərində sürücülərə təsir edən
yüklərin qiyməti bu hədlərdən böyük olur ki, bu da sürücünün işini çətinləşdirir və
təhlükəli vəziyyətlər üçün şərait yaradır. Avtomobillərin konstruksiyalarının
çatışmazlığı və texniki vəziyyətlərinin qeyri-məqbulluğu nəticəsində sürücülərə
təsir edən əlavə yüklər idarəetmə keyfiyyətini kəskin surətdə aşağı salır və bir çox
hallarda qəzalara səbəb olur. Əksinə, insanın psixofizioloжi çatışmazlıqlarını
müvazinətləşdirən əlverişli avtomobil konstruksiyaları hərəkət təhlükəsizliyinin
artırılmasına səbəb olur.
SAYM sisteminin elementlərindən ən çox potensial təhlükə yaradanı
nəqliyyat vasitələridir. Böyük sürətlə hərəkət etmək üçün yaradılan avtomobillər
yolda olan digər cisimlərə nəzərən vəziyyətlərini tez dəyişmək imkanına malik
olub, yüksək təhlükəlilik mənbəyinə çevrilirlər.
YNH, nəinki, avtomobillərin konstruksiyaları, həmçinin onların istehsalı
texnologiyalarına aid olan səbəblər üzündən də baş verə bilər. Bu çatışmazlıqların
hərəkətin təhlükəsizliyinə təsirini azaltmaq üçün həm ölkəmizdə, həm də xarici
ölkələrdə yeni layihələndirilən və təkmilləşdirilən avtomobil modellərinin
konstruksiyalarına müəyyən tələblər qoyulur. Bu cür tələblər ümumdünya
əhəmiyyətinə malik olub, BMT AIK-in daxili Nəqliyyat Komitəsində əməkdaşlıq
edən bütün ölkələrə aiddir.
Avtomobillərin konstruktiv təhlükəsizliyi onların çox mürəkkəb bir
xüsusiyyətidir və onun müxtəlif istiqamətlərdə öyrənilməsinin sadələşdirilməsi
üçün konstruktiv təhlükəsizliyi aktiv, passiv, qəzadan sonrakı, ekoloжi və
qaçırılmaya qarşı təhlükəsizlik kimi növlərə ayırırlar.
Avtomobilin