1. Əsas anlayışlar və terminlər
Yol Hərəkəti Haqqında Azərbayjan Respublikasının
Qanununu və
beləliklə də «Yol Hərəkət Qaydaları»nı öyrənməyə başlamazdan əvvəl
bir sıra əsas anlayışlarla tanış olmalı və onların mahiyyəti öyrənilməlidir.
Bu anlayışlar Qanunun «Ümumi müddəaları» nda öz əksini tapmışdır.
Əsas anlayışlar kimi aşağıdakılar qeyd olunur:
Yol hərəkətinin təşkili
- nəqliyyat vasitələrinin və ya piyadaların
təhlükəsizliyini,
fasiləsiz və rahat hərəkətini, optimal sürətini təmin etmək
məqsədilə küçə-yol şəbəkəsində həyata keçirilən və yol hərəkətinin ayrılmaz
hissəsi
olan
mühəndis
və
təşkilati
tədbirlər
sistemidir.
Yol hərəkətinin təhlükəsizliyi
- yol hərəkəti iştirakçılarının
və cəmiyyətin
yol-nəqliyyat hadisələrindən və onların nəticələrindən müdafiə olunma dərəcəsini
göstərən yol hərəkəti vəziyyətidir.
beynəlxalq yol hərəkəti
- bir dövlətin fiziki və ya hüquqi şəxsinə məxsus
olan və başqa dövlətin ərazisinə müvəqqəti gətirilərək
və orada qeydiyyata
alınmayan
nəqliyyat
vasitəsinin
iştirak
etdiyi
yol
hərəkətidir;
Avtomobil yolu
- yol hərəkəti qaydalarına, dövlət standartlarına və digər
normativ-hüquqi aktlara uyğun olan ölçülərə və kütləyə malik avtomobillərin,
avtobusların, motosikletlərin müəyyənləşdirilmiş
sürətlə təhlükəsiz və rahat
hərəkətini
təmin
etmək
üçün
nəzərdə
tutulan
yoldur;
ətlərin məcmusudur.
Avtomagistral
- nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi çəkilmiş və
nəzərdə tutulmuş elə bir yoldur ki:həmin yol boyunca yerləşən təsərrüfat,
istehsal
və ya tikinti təyinatlı obyektlər digər nəqliyyat vasitələri tərəfindən istifadə edilə
bilməz; ayrı-ayrı yerləri istisna olmaqla və ya müvəqqəti qaydanın
müəyyənləşdirildiyi hallarda başqa, əks istiqamətlərdə
hərəkət istiqamətləri üçün
ayrı-ayrı hərəkət hissələri vardır, həm də bu hissələr arasında hərəkət üçün nəzərdə
tutulmayan ayırıcı zolağın və ya müstəsna hallarda başqa vasitələrin köməyi ilə
hədd qoyulmuşdur;
dəmiryol, tramvay yolları və başqa yollarla, habelə piyada
zolaqları ilə bir səviyyədə kəsişmələri yoxdur;