V. Mexaniki nəqliyyat vasitəsinin sürücüsünə:
1) nəqliyyat vasitəsini qapıları bağlanmamış vəziyyətdə yerindən tərpətmək və
ya onun hərəkəti zamanı qapıları açmaq
2) nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə
iştirak etmək, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan
istifadə etmək.
3) hərəkət zamanı sükanı əlindən buraxmaq, mühərriki söndürülmüş nəqliyyat
vasitəsini ətalətlə idarə etmək.
4) nəqliyyat vasitəsinin təkərlərində və ya banında yol örtüyünü zibilləyən
palçıq və s. varsa, yaxud onlardan yanacaq-sürtkü materiallarının, kimyəvi
maddələrin, tikinti və digər materiallarının axması olarsa, onlarla örtüyü
təkmilləşdirilmiş yollarda hərəkət qadağandır.
VI. Mexaniki nəqliyyat vasitəsinin sürücüsü Beynəlxalq yol
hərəkətində iştirak etdikdə:
1) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, sürücülük vəsiqəsini və
daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır.
2) nəqliyyat vasitəsində onu qeydə almış dövlətin dövlət qeydiyyat nişanı və
fərqlənmə nişanı olmalıdır,
3) yük avtomobillərinin və avtobusların nəzarət gurğusu (taxoqraf) olmadan
və ya işləməyən, yaxud möhurlənməsi pozulmuş taxoqrafla, habelə sürücünün iş və
istirahət rejimini əks etdirən taxoqramları doldurmadan idarə etməməlidir.
Velosipedçinin vəzifələri
Mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped zolaqları ilə, bunlar
olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə
hərəkət etməli və bunun üçün:
1) texniki cəhətdən saz və lazımınca təchiz olunmuş velosipeddən istifadə
etməlidir.
2) velosipedi idarə etməyə mane olan yük və ya sərnişin daşımamalıdır.
Velosipedlərin,
mopedlərin
hərəkətlərinə
dair
tələblər
I. Velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya
yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə
ilə hərəkət etməlidirlər. Piyadalar üçün maneə yaratmamaq şərti ilə velosipedlərin
yol çiyini ilə hərəkətinə icazə verilir. Velosiped dəstələri yolun hərəkət hissəsi ilə
getdikləri vaxt hərəsi 10 velosipedçidən çox olmayan qruplardan ibarət
olmalıdırlar. Nəqliyyat vasitələrinin ötməsini asanlaşdırmaq üçün dəstələrin
arasındakı məsafə 80-100 metr olmalıdır.
|