Velosipedçinin vəzifələri
Mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped zolaqları ilə, bunlar
olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı
və ya yol çiyinləri ilə
hərəkət etməli və bunun üçün:
1) texniki cəhətdən saz və lazımınca təchiz olunmuş velosipeddən istifadə
etməlidir.
2) velosipedi idarə etməyə mane olan yük və ya sərnişin daşımamalıdır.
Velosipedlərin,
mopedlərin
hərəkətlərinə
dair
tələblər
I. Velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya
yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə
ilə hərəkət etməlidirlər. Piyadalar üçün maneə yaratmamaq
şərti ilə velosipedlərin
yol çiyini ilə hərəkətinə icazə verilir. Velosiped dəstələri yolun hərəkət hissəsi ilə
getdikləri vaxt hərəsi 10 velosipedçidən çox olmayan qruplardan ibarət
olmalıdırlar. Nəqliyyat vasitələrinin ötməsini asanlaşdırmaq
üçün dəstələrin
arasındakı məsafə 80-100 metr olmalıdır.