zədələnməsinə
və
ya başqa maddi
zərər dəyməsinə səbəb olan
hadisədir.
Ümumi istifadədə olan nəqliyyat vasitəsi
- sərnişin daşınması üçün
nəzərdə tutulmuş, müəyyən edilmiş marşrut üzrə təyin
edilmiş dayanacaqlarla
hərəkət edən nəqliyyat vasitəsidir (avtobus, trolleybus, tramvay).
Mütəşəkkil nəqliyyat dəstəsi
- qarşıda qırmızı və ya göy sayrışan işıq və
xüsusi səs siqnalı ilə təchiz edilmiş operativ nəqliyyat vasitəsinin müşayiəti ilə bir
hərəkət zolağında bir-birinin ardınca faraları yandırılmış vəziyyətdə hərəkət edən
üç və ya daha artıq mexaniki nəqliyyat vasitəsindən ibarət olan dəstədir.
Avtoqatar
- bir mexaniki nəqliyyat vasitəsinə
qoşularaq birlikdə hərəkət
edən bir neçə nəqliyyat vasitəsindən ibarət tərkibdir.
Icazə verilən maksimum kütlə
- istehsalçı müəssisə tərəfindən müəyyən
edilmiş,
nəqliyyat vasitəsinin sürücü, sərnişin və yüklə birlikdə yol verilən
kütləsinin yuxarı həddidir. Avtoqatarın icazə verilən maksimum kütləsi tərkibə
daxil olan nəqliyyat vasitələrinin icazə verilən maksimum
kütlələrinin cəmindən
ibarətdir.
Sutkanın qaranlıq vaxtı
- sutkanın günəş batandan günəş çıxanadək olan
müddətidir.
Yaşayış məntəqəsi
- giriş və çıxışları müvafiq olaraq 5.22-5.25 nişanları ilə
işarələnmiş, əhalinin yığcam məskunlaşdığı ərazidir. Ağ fonu olan 5.22 və 5.23
nişanları yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq
tələblərin tətbiq olunduğunu, göy fonu olan 5.24 və 5.25 nişanları yaşayış
məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin bu yolda tətbiq
olunmadığını göstərir.