Bakı Texniki Kollecinin müəllimi Hüseynli


Uzun ölçülü nəqliyyat vasitəsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   104
Uzun ölçülü nəqliyyat vasitəsi
- uzunluğu 24 metrdən çox olan nəqliyyat 
vasitəsidir. 
Özügedən maşınlar
- tırtıllı traktorlar da daxil olmaqla tikintidə, meşə və 
kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan nəqliyyat vasitəsidir
Təkərli traktor
- yollarda qoşquları yedəyə almaq üçün istifadə edilən və 
konstruksiyasına görə maksimum sürəti saatda 30 kilometrdən yüksək olmayan 
nəqliyyat vasitəsidir. 
Motosiklet
- mühərriki olan ikitəkərli, arabalı və ya arabasız mexaniki 
nəqliyyat vasitəsidir (tam ləvazimatlı vəziyyətdə kütləsi 400 kiloqramdan çox 
olmayan üç və dördtəkərli mexaniki nəqliyyat vasitələri də motosikletlərə bərabər 
tutulur). 


Moped
- iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə 
gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan 
iki və ya üç təkərli nəqliyyat vasitəsidir (asma mühərrikli velosipedlər və oxşar 
xüsusiyyətli digər nəqliyyat vasitələri də mopedlərə bərabər tutulur). 
Velosiped
- əlil arabaları istisna olmaqla, idarə edən şəxsin əzələ enerjisi ilə, 
xüsusən pedalların və ya dəstəklərin köməyi ilə hərəkətə gətirilən hər hansı 
nəqliyyat vasitəsidir. 
Nəqliyyat vasitəsinin dayanması
- adamların minməsi və ya düşməsi, yaxud 
yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat 
vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir.
Məcburi dayanma
- texniki nasazlıq və ya aparılan yükün, sürücünün 
(sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə 
üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasıdır. 
Nəqliyyat vasitəsinin durması
- əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və 
ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının 
göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz 
vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, 
yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla 
məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir. 



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin