Bakı Texniki Kollecinin müəllimi Hüseynli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   104
Nəqliyyat vasitəsi
- yolda hərəkət üçün konstruksiya imkanları olan və insan 
tərəfindən idarə edilən qurğu, habelə onun qoşqusudur (nəqliyyat vasitələri 
mexaniki və insanın, yaxud heyvanın əzələ enerjisi ilə hərəkətə gətirilən nəqliyyat 
vasitələrinə bölünür) .
Mexaniki nəqliyyat vasitəsi
- asma mühərrikli velosipedlər və relsli nəqliyyat 
vasitələri 
istisna 
olmaqla, 
hər 
hansı özügedən nəqliyyat vasitəsidir. 
Avtomobil
- yollarda adamların və ya yüklərin daşınması, yaxud adam və ya 
yük daşıyan nəqliyyat vasitələrinin yedəyə alınması üçün istifadə edilən mexaniki 
nəqliyyat vasitəsidir (bu anlayış trolleybusları, yəni elektrik naqili ilə birləşdirilmiş 
relssiz nəqliyyat vasitələrini də əhatə edir. Lakin yollarda adamların və yüklərin 
daşınması və ya bu məqsədlə istifadə edilən nəqliyyat vasitələrinin yedəyə alınması 
üçün istifadə edilən və yalnız yardımçı funksiya daşıyan kənd təsərrüfatı traktorları 
kimi nəqliyyat vasitələrini əhatə etmir). 
Operativ nəqliyyat vasitələri
- yanğından mühafizə, polis, təcili tibbi yardım, 
qəza-xilasetmə 
bölmələrinin, hərbi avtomobil müfəttişliyinin funksional 
tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin 
daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi 
vəzifələrinin icrası üçün nəzərdə tutulan, üstündə xüsusi qrafikalı rəngli sxemlər, 
yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş 
avtomobillərdir. 


Qoşqu
- mexaniki nəqliyyat vasitəsi ilə yedəyə alınmaq üçün nəzərdə tutulan 
hər hansı nəqliyyat vasitəsidir.
Yarımqoşqu
- avtomobillərə birləşdirilmək üçün nəzərdə tutulan, bir hissəsi 
avtomobilə söykənərək özünün və yükün kütləsinin xeyli hissəsini onun üstünə 
salan hər hansı qoşqudur.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin