Bakı Texniki Kollecinin müəllimi Hüseynli


III. Mexaniki nəqliyyat vasitələri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   ...   104
III. Mexaniki nəqliyyat vasitələri: 
1) təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə; 
2) yol-nəqliyyat hadisələri və ya nasazlıq nəticəsində zədələnmiş nəqliyyat 
vasitələrinin daşınması üçün (yalnız yük daşıyan nəqliyyat vasitələrini), təbii 
fəlakət yerlərinə getmək üçün, eləcə də qüvvədə olan qanunvericiliklə nəzərdə 
tutulmuş digər təxirəsalınmaz hallarda, Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanlarının əməkdaşlarına təqdim edilməlidir. 
Qeyd:
1) bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş məqsədlər üçün 
nəqliyyat vasitəsinin təqdim edilməsi tələbi diplomatik korpusa və digər şəxslərə 
məxsus nəqliyyat vasitələrinə şamil edilmir; 2) nəqliyyat vasitəsindən istifadə etmiş 
şəxslər sürücünün tələbi ilə yol getmə müddətini, gedilmiş məsafəni, özünün 
soyadını, vəzifəsini, xidməti vəsiqəsinin nömrəsini, işlədiyi təşkilatın adını 
göstərməklə arayış verməli və ya yol vərəqəsində qeyd aparmalıdırlar, tibb işçiləri 
isə sürücüyə müəyyən edilmiş nümunədə arayış verməlidirlər; 3) nəqliyyat 
vasitəsinin Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının 
əməkdaşına təqdim edilməsi ilə əlaqədar xərclər nəqliyyat vasitəsi sahibinin tələbi 
ilə 
müəyyən edilmiş qaydada həmin orqanlar tərəfindən ödənilir. 
IV. Mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi 
zamanı:
1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nikanını qurmalı, 
qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, 
hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir. 


2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri 
görməli, «Təcili tibbi yardım» maşını çağırmalı, zərər çəkənləri həyat üçün 
təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə 
yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün 
nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, 
nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, 
nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə 
qayıtmalıdır. 
3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət 
hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz 
nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə 
əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları 
qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından 
keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; 
4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 
orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını 
yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı 
əməkdaşlarının gəlməsini gözləməlidir. 
5) əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almamışdırsa, maddi 
zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək 
nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi 
şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib 


imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin