Bakı Texniki Kollecinin müəllimi Hüseynli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   ...   104
Sərnişinin vəzifələri
Sərnişin:
1) nəqliyyat vasitəsinə yalnız xüsusi minik meydançasından, belə meydança 
olmadıqda isə, səkidən və ya yolun çiyini tərəfdən yalnız nəqliyyat vasitəsi tam 
dayandıqdan sonra minib-düşməlidir (sərnişinlərin səki və ya yolun çiyini tərəfdən 
minib-düşməsi mümkün olmayan halda, onlar yolun hərəkət hissəsindən o şərtlə 
minib-düşə bilər ki, bu, təhlükəli olmasın və hərəkətin digər iştirakçıları üçün 
maneə yaratmasın); 
Dayanacaq məntəqəsi 
2) hərəkət vaxtı sürücünün diqqətini nəqliyyat vasitəsini idarə etməkdən 
yayındırmamalıdır; 
3) təhlükəsizlik kəməri olan avtomobildə gedərkən kəməri bağlamalı, 
motosikletdə isə motoşlem geyinməlidir. 
Nəqliyyat vasitələrinin hərəkət, dayanma və gözləmə qaydaları 
I. Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat 
vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun 
hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. 
Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət 
hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. 


II. Yolun sol tərəfində dayanmağa və durmağa yaşayış məntəqələrində tramvay 
yolunun olması səbəbindən sağ tərəfdə dayanmaq mümkün olmadıqda və ya 
birtərəfli hərəkət yollarında (icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan 
yük avtomobillərinə birtərəfli hərəkət yollarının sol tərəfində dayanmağa yalnız 
yük götürmək və ya boşaltmaq üçün) icazə verilir. Yolun hərəkət hissəsinə bitişik 
səkinin kənarında durmağa yalnız minik avtomobillərinə, motosikletlərə, 
mopedlərə və velosipedlərə bu şərtlə icazə verilir ki, onlar piyadaların hərəkətinə 
mane olmasın. 
III. Yaşayış məntəqəsindən kənarda uzunmüddətli dincəlmə, gecələmə və 
istirahət üçün durmağa yalnız bu məqsədlə düzəldilmiş meydançalarda və ya 
yoldan kənarda icazə verilir. 
IV. Aşağıdakı yerlərdə: 
1) tramvay yollarında, habelə tramvay yollarının bilavasitə yaxınlığında, əgər 
bu, tramvayın hərəkətinə maneə yaradarsa; 
2) dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər 
həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında; 


3) 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətləri ilə dayanmış nəqliyyat vasitəsi 
arasında məsafə 3 metrdən az olan yerlərdə;
4) 
piyada 
keçidlərində 
və 
onlara 

metrdən 
az 
yaxınlıqda; 
5) hərəkət hissəsində təhlükəli döngələrin və yolun uzununa profilinin qabarıq 
əyintili hissəsinin yaxınlığında - hər hansı bir istiqamətdə yolun görünmə sahəsi 
100 metrdən az olduqda; 
6) 1.1-1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı 
yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin 
kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda; 
7) dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan 
nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 
15 metrdən az yaxınlıqda; 


8) nəqliyyat vasitəsi svetofor siqnallarının, yol nişanlarının qarşısını tutmaqla 
başqa sürücülərin bunları görməsinə mane olduğu və ya başqa nəqliyyat 
vasitələrinin hərəkətini (girmə və ya çıxma) qeyri- mümkün etdiyi, yaxud 
piyadaların hərəkəti üçün maneə yaratdığı yerlərdə; 
9) nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa - səkilərdə; 
10) 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma 
xəttinin təsir zonalarında; 
11) avtomagistrallarda və ya 5.3 nişanı ilə işarələnmiş yollarda 5.15 və ya 6.11 
nişanları ilə işarələnmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanma 
qadağandır. 
IV-I. Ümumi istifadədə olan nəqliyyat vasitəsi sürücüsünün sərnişinləri 
mindirmək və düşürtmək üçün nəqliyyat vasitəsini bu məqsədlə xüsusi olaraq 
müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə 
işarələnmiş dayanacaq yerlərindən kənar dayandırması qadağandır. Taksilərin bu 
məqsədlə xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq 
yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durması qadağandır. 


V. Nəqliyyat vasitəsini duracağa qoyduqda sürücü mühərriki söndürməli
duracaq tormoz sistemini qoşmalı, təkərləri səkiyə və ya yolun qırağındakı başqa 
maneəyə tərəf çevirməli və qapıları kilidləməlidir. İcazə verilən maksimum kütləsi 
3,5 tondan çox olan nəqliyyat vasitəsini yoxuşda və ya enişdə duracağa qoyduqda, 
nəqliyyat vasitəsinin öz-özünə hərəkət etməsinə yol verməmək üçün sürücü 
təkərlərdən heç olmasa birinin altına tıxac qoymalıdır. 
VI. 
Nəqliyyat 
vasitələrinin 
aşağıdakı 
yerlərdə 
durması 
qadağandır: 
1) dayanmanın qadağan edildiyi yerlərdə; 
2) 
yaşayış məntəqələrindən kənarda - yolların hərəkət hissəsində; 
3) 5.1 nişanı ilə işarələnmiş yerlərdə; 
4) dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda; 
5) girişin, habelə darvaza qarşısında; 
6) 3.28 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.10 nişanlanma
xəttinin təsir zonalarında. 
VII. Dayanmanın qadağan edildiyi yerlərdə məcburi dayandıqda sürücü 
nəqliyyat vasitəsinin həmin yerlərdən aparılması üçün mümkün olan bütün 
tədbirləri görməlidir. 


VIII. Nəqliyyat vasitəsi qapılarının açılması yol hərəkətinin digər iştirakçıları 
üçün maneə yaradarsa, onları açmaq qadağandır. 
IX. Nəqliyyat vasitəsinin öz-özünə hərəkətini və ya sürücü olmadıqda ondan 
istifadəni istisna edən zəruri tədbirləri gördükdən sonra sürücü öz yerini tərk edə və 
ya nəqliyyat vasitəsini qoyub gedə bilər. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin