Hərəkətə başlama, manevr etmə qaydaları
I. Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və
dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının
köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal
verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün
maneə yaratmamalıdır.
II. Yana uzadılmış sol qol, yaxud yana uzadılaraq düzbucaq şəkildə
dirsəkdən yuxarı bükülmüş sağ qol sola (geriyə) dönmə siqnalına uyğundur. Yana
uzadılmış sağ qol, yaxud yana uzadılaraq düzbucaq şəklində dirsəkdən yuxarı
bükülmüş sol qol sağa dönmə siqnalına uyğundur. Yuxarı qaldırılmış sol və ya sağ
qol tormozlama siqnalına uyğundur.
III. Dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir,
manevr qurtardıqdan sonra isə dərhal kəsilir (əl ilə verilən siqnal bilavasitə
manevrə başlamazdan əvvəl qurtara bilər). Bu zaman verilən siqnal hərəkətin digər
iştirakçılarını çaşdırmamalıdır. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu
təhlükəsizlik tədbirləri görməkdən azad etmir.
IV. Sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat
vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada
yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma
məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat
vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən
piyadalara və velosipedçilərə yol verməlidir.
V. Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə
gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri
yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat
vasitəsinə yol verməlidir.
VI. Dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa,
sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində
müvafiq kənar vəziyyət tutmalıdır. Solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən
eyni istiqamətli tramvay yolları olduqda, 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa
hərəkət qaydası müəyyən edilməmişdirsə, həmin yollardan keçərək sola və geriyə
dönmək lazımdır. Bu zaman tramvay üçün maneə yaradılmamalıdır.
VII. Elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən
çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Nəqliyyat vasitəsi sağa
dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir.
ç
VIII. Nəqliyyat vasitəsi öz qabaritinə və ya başqa səbəblərə görə bu maddənin
altıncı hissəsinin tələblərinə əməl etməklə dönə bilmirsə, həmin tələblərdən kənara
çıxmağa o şərtlə yol verilir ki, hərəkət təhlükəsizliyi təmin olunsun və bu, digər
nəqliyyat vasitələri üçün maneə yaratmasın.
IX. Yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat
vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə
gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol
kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda,
hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir.
Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir.
X. Nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi
isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə
üstünlük verilir.
XI. Tormozlama zolağı olduqda, hərəkət istiqamətini dəyişmək istəyən sürücü
vaxtında həmin zolağa keçməli və yalnız burada sürəti azaltmalıdır. Yola giriş
yerində sürətləndirmə zolağı olduqda, sürücü həmin zolaqla getməli və bu yolla
gedən nəqliyyat vasitələrinə yol verərək qonşu zolağa keçməlidir.
XII. Aşağıdakı hallarda geriyə dönmək qadağandır:
1) piyada keçidlərində;
2) tunellərdə;
3) körpülərdə, estakadalarda və onların altında;
4) dəmiryol keçidlərində;
5) ən azı bir istiqamətdə yolun 100 metrdən az hissəsi görünən yerlərdə;
6) Ümumi istifadədə olan nəqliyyatın dayanacaq məntəqələrinin yerləşdiyi
yerlərdə.
XIII. Nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr
təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım
gəldikdə,
sürücü
başqa
şəxslərin
köməyindən
istifadə
etməlidir.
XIV. Yolayrıclarında və bu maddənin on ikinci hissəsinə əsasən, geriyə
dönmənin qadağan edildiyi yerlərdə geriyə hərəkət
qadağandır.
XV. Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət
təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat
vasitələrinə yol verməlidir.
Dostları ilə paylaş: |