Hərəkət sürəti və ara məsafəsi
I. Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini
və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə
şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət
məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə
yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər
azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.
II. Nəqliyyat vasitələri:
1) yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə
(səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə
bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz, yaşayış zonalarında və
həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə);
2) minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq
olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda: avtomagistrallarda -
saatda 110 kilometrdən çox olmayan sürətlə; başqa yollarda - saatda 90
kilometrdən çox olmayan sürətlə;
3) şəhərlərarası və xüsusilə kiçik avtobuslar və motosikletlər yaşayış
məntəqələrindən kənarda bütün yollarda saatda 90 kilometrdən çox olmayan
sürətlə;
4) digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən
maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri yaşayış məntəqələrindən
kənarda:avtomagistrallarda - saatda 90 kilometrdən çox olmayan sürətlə; başqa
yollarda - saatda 70 kilometrdən çox olmayan sürətlə;
5) banında adamlar daşıyan yük avtomobilləri - saatda 50 kilometrdən çox
olmayan sürətlə;
6) yedəyində mexaniki nəqliyyat vasitələri aparan nəqliyyat vasitələri - saatda
50 kilometrdən çox olmayan sürətlə;
7) təhlükəli, ağır çəkili və iri qabaritli yüklər daşıyan nəqliyyat vasitələri -
daşıma şərtləri razılaşdırılarkən müəyyən edilmiş həddən çox olmayan sürətlə
hərəkət etməlidirlər.
III. Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi
seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya
gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.
IV. Yaşayış məntəqələrindən kənarda ötməni asanlaşdırmaq məqsədilə, asta
gedən, ağır yüklü və ya uzun nəqliyyat vasitələrinin sürücüləri özlərindən qabaqda
gedən nəqliyyat vasitəsi ilə kifayət qədər ara məsafəsi saxlamalıdırlar ki, onları
ötən nəqliyyat vasitələri ötməni tam təhlükəsiz şəraitdə başa çatdırsınlar. Əgər
sürücü ötmə əməliyyatına başlamışdırsa və ötürsə, bu tələbə əməl olunmur.
V. Üstün hərəkət rejimli nəqliyyat vasitələri zərurətdən irəli gələn sürətlə
hərəkət edə bilərlər. Göstərilən nəqliyyat vasitələrinin sürücüləri yol-nəqliyyat
hadisələrinin
qarşısını
almaq
üçün
hər
cür
tədbir
görməlidirlər.
VI. Sürücülərə:
1) nəqliyyat vasitəsini onun texniki xarakteristikası üzrə müəyyən edilmiş
maksimum sürətdən artıq sürmək;
2) lüzumsuz olaraq həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat
vasitələri üçün maneə yaratmaq;
3) yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün lazım olan hallar istisna
edilməklə,
nəqliyyat
vasitəsini
sərt
tormozlamaq
qadağandır.
VII. Yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə
tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda
radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi”
servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət
həddini
göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı
quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən
kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-
200 metr qabaqda quraşdırılır.
2-3 м
а
С
д
С
м
|