yoxdursa və əks istiqamətli hərəkət üçün iki hərəkət zolağından artıq hərəkət zolağı
nəzərdə tutulmamışdırsa, belə yol nişanları yolun sol tərəfində qurulurlar. Yolun
solunda yerləşdirilən yol nişanının görünməsinin təmin olunması mümkün deyilsə
və ya əks istiqamətli hərəkət üçün üç və artıq hərəkət zolağı vardırsa, onda yol
nişanları yolun hərəkət hissəsinin üstündə qurulurlar.
VIII. Yol nişanlarının qavranması üçün münasib şəraitin yaradılmasının təmin
olunması məqsədilə, onlar dəqiq müəyyənləşdirilmiş yerdə yolun hərəkət hissəsinə
nisbətən yerləşdirilirlər. Yol nişanlarının qurulmasından asılı olaraq, onun alt
hissəsindən örtüyə qədər olan məsafə:
1) yaşayış məntəqələrindən kənar olan yolların qırağında - 1,5-2,2 metr;
2)
eyni
ilə
yaşayış
məntəqələrində
-
2-4
metr;
3) təhlükəsizlik adacıqlarında və yolun hərəkət hissəsində - 0,6 metrdən az
olmadan;
4)
yolun
hərəkət
hissəsinin
üstündə - 5-6 metr təşkil etməlidir.
IX. Yolun hərəkət hissəsinin kənarından, yol çiyninin isə torpaq örtüyünün
kənarından quraşdırılmış nişana qədər məsafə 0,5-2,2 metr, 5.20.1, 5.21.1-5.27
nişanlarının qırağına qədər olan məsafə isə 0,5-5 metr olmalıdır.
X. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının yol
hərəkəti təhlükəsizlik komissiyasının qərarı olmadan onların ərazisində yerləşən
yollarda yol nişanları qurmaq qadağandır.
XI. Yollarda yol nişanlarının qurulması və onların lazımi vəziyyətdə
saxlanılmamasına nəzarət Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən həyata keçirilir.
XII. Müvafiq qərar olmadan yol nişanlarının qurulması üçün onları quraşdıran
şəxslər məsuliyyət daşıyırlar.
Dostları ilə paylaş: