Xəbərdarlıq nişanları
I. Xəbərdarlıq nişanları hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb
edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin
xarakteri barədə yol
hərəkəti iştirakçılarına məlumat verir.
II. Xəbərdarlıq nişanlarının əsas fərqləndirici əlamətləri (1.3, 1.4 və 1.31
qrupları istisna olmaqla) onların ağ fonlu üçbucaqlı və qırmızı haşiyəli formasıdır.
Onlar heç bir məhdudiyyət nəzərdə tutmurlar. Lakin belə işanları
görən sürücü
diqqətini artırmalı və şəraitə uyğun təhlükəsizlik tədbirləri görməyə hazır olmalıdır.
III. Xəbərdarlıq nişanlarını hərəkətin
icazə verilmiş sürətindən, görünmə
şəraitindən və onların yerləşdirilməsi imkanından asılı olaraq yaşayış
məntəqələrindən kənarda, təhlükəli sahələrin başlanğıcından 150-300 metr, yaşayış
məntəqələrində isə 50-100 metr aralıda quraşdırırlar.
Zərurət olduqda bu nişanlar
başqa məsafədə də quraşdırıla bilər. Bu halda təhlükəli sahəyə qədər yolayrıcı
varsa, bu yolayrıcından sonra təkrar nişan 7.1.1 lövhəciyi ilə quraşdırılır.
Bundan
başqa kəsişən (və ya birləşən) yolda yolayrıcından 50 metr məsafədə 7.1.3 və ya
7.1.4 lövhəciklərindən biri ilə birlikdə belə xəbərdarlıq nişanı quraşdırıla bilər.
IV. Xəbərdarlıq nişanlarını:
1) yolun hərəkət hissəsində qısamüddətli işlər aparılarkən 1.23 nişanı
işlərin
aparıldığı
yerə
10-15
metr
qalmış
(7.1.1
lövhəciyi
olmadan);
2) enişlər və yoxuşlar bir-birinin ardınca gəlirsə, 1.13 və 1.14 nişanları 7.1.1
lövhəciyi
olmadan,
enişin
və
ya
yoxuşun
başlanğıcında;
3) yaşayış məntəqələrindən kənarda 1.1, 1.2, 1.9, 1.10, 1.21 və 1.23 nişanları
təkrarlanırsa, ikinci nişan təhlükəli sahənin başlanmasına azı 50 metr qalmış;
4) 1.3.1 və 1.3.2 nişanları bilavasitə dəmiryol keçidinin qabağında quraşdırılır.