Sürücünün vəzifələri
I. Mexaniki nəqliyyat vasitəsinin sürücüsü:
1) sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda,
sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş
qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət
hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış
olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat
şəhadətnaməsini, nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari
sığortası müqaviləsinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq bağlanması faktını təsdiq edən sığorta şəhadətnaməsini, nəqliyyat
vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya
yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır.
2) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının
tələbi ilə nəqliyyat vasitəsini dayandırdıqda, həmin əməkdaş yaxınlaşdıqdan sonra
bu maddənin birinci hissəsinin 1-ci bəndində göstərilən sənədləri yoxlanılması
üçün ona təqdim etməlidir və zəruri olduqda həmin əməkdaşın tələbi ilə nəqliyyat
vasitəsindən çıxmalıdır
3) yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair
bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən
sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir.
4) yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə
almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan
sürətlə idarə etməlidir.
5) hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə
bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və
ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir.
6) konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş
avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri
bağlamasını təmin etməli (12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən
sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə
edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə bunlardan başqa, operativ
nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol
verilir), motosikletdə isə motoşlemi düymələməli və sərnişinlərin də motoşlemi
düymələməsini təmin etməlidir.
7) üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs
siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda, sağa dönmə işıq
göstəricisini yandırmalı, həmin nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol
qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat
vasitəsini dayandırmalıdır, üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq
və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil
nəqliyyat dəstəsinə qoşularaq hərəkət etməməlidir.
8) hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr və ya
güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və
çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun
vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə
etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini
idarə etmək hüququ olmayan şəxsə verməməlidir.
9) yolda su və ya palçıq olduqda, nəqliyyat vasitəsini idarə edərkən, onların
piyadalara, binalara və başqa nəqliyyat vasitələrinə sıçramamasına çalışmalıdır;
10) hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün
onun təmiz saxlanılmasını təmin etməlidir.
11) yol hərəkətinin ən müdafiəsiz iştirakçılarının - uşaqların, əlillərin,
velosipedçilərin və qocaların təhlükəsiz hərəkətini təmin etmək üçün mümkün olan
bütün tədbirləri görməli, küçəni keçən kor piyadanın siqnalı ilə (siqnal - ağ əsanın
qaldırılmasıdır)
nəqliyyat
vasitəsini
dərhal
dayandırmağa
borcludur.
12) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşı
tərəfindən sağ əlindəki üfiqi vəziyyətdə olan jezllə və ya onların nəqliyyat
vasitələrindəki qırmızı və ya göy sayrışan işıqla və yaxud xüsusi səs siqnalı ilə ona
verilən işarəyə nəqliyyat vasitəsini dayandırmalıdır.
13)
Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı
əməkdaşlarının tələbi ilə alkoqol, narkotik vasitələr psixotrop maddələrdən və
onların analoqlarından və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi
nəticəsində sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən keçməlidir.
14) nəqliyyat vasitəsini idarə etmək qabiliyyətinin təsdiqi üçün müəyyən
olunmuş hallarda tibbi müayinədən keçməlidir.
15)
təcili
tibi
yardıma
ehtiyacı
olan
şəxsləri
daşımalıdır.
II. Bu maddə ilə müəyyən edilmiş sənədlər özündə olmayan nəqliyyat vasitəsinin
sahibi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
məsuliyyət daşıyır.
Dostları ilə paylaş: |