Bakı Texniki Kollecinin müəllimi Hüseynli


Mal-qara ötürənlərin vəzifələri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   ...   6   7   8   9   10   11   12   13   ...   104
Mal-qara ötürənlərin vəzifələri
Mal-qara ötürənlər: 
1) mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürməməlidirlər; 
2) sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir 
yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq 
ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı 
ötürməməlidirlər; 
3) mal-qara sürüsünü yoldan son dərəcə diqqətli nəzarət etməklə ötürməlidirlər. 
Piyadanın vəzifələri
I. Piyada: 
1) səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olmadıqda isə 
velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət 
etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə 
getməlidir (iri əşyalar daşıyan və ya aparan piyadaların, habelə mühərriksiz əlil 
arabalarında gedən şəxslərin səki və ya yol çiyni ilə hərəkəti başqa piyadalar üçün 
maneə yaratdıqda, onlar yolun hərəkət hissəsinin kənarı ilə gedə bilərlər); 
2) dəmiryolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri 
ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında 
səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidir
3) yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi ilə hərəkət etdikdə 
nəqliyyat vasitələrinin hərəkəti istiqamətinə qarşı getməlidir (mühərriksiz əlil 
arabalarında hərəkət edən, motosiklet, moped, velosiped sürən şəxslər belə hallarda 
nəqliyyat vasitələrinin hərəkəti istiqamətində getməlidirlər); 
4) ümumi istifadədə olan nəqliyyat vasitəsini və taksini, yalnız yolun hərəkət 
hissəsindəki nisbətən azca hündürə qaldırılmış minik meydançalarında, onlar 
olmadıqda isə, səkidə və ya yol çiyinlərində gözləməlidir (azca hündürə qaldırılmış 


minik meydançalarının olmadığı dayanacaq məntəqələrində nəqliyyat vasitəsinə 
minmək üçün yolun hərəkət hissəsinə yalnız nəqliyyat vasitəsi dayandıqdan sonra 
çıxmağa icazə verilir. Nəqliyyat vasitəsindən düşdükdən sonra ləngimədən yolun 
hərəkət hissəsini tərk etmək lazımdır); 
5) hərəkətin nizamlandığı yerlərdə nizamlayıcının və ya piyada svetoforunun,
o olmadıqda isə, nəqliyyat svetoforunun işarəsini əsas tutmalıdır; 
6) yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli və dayanmamalıdır; 
7) üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs 
siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda, yolun hərəkət hissəsini 
keçməməlidir (hərəkət hissəsində olanlar isə bu nəqliyyat vasitələrinə yol verməli 
və hərəkət hissəsini dərhal boşaltmalıdırlar); 
8) dayanmış nəqliyyat vasitəsinin və ya görmə sahəsini məhdudlaşdıran başqa 
maneənin arxasından yolun hərəkət hissəsinə çıxmazdan əvvəl yaxınlaşan nəqliyyat 
vasitəsinin olmadığını yəqin etməlidir; 
9) görünmə zonasında keçid və ya yolayrıcı olmadıqda, ayırıcı zolaq olmayan 
və sədd çəkilməyən, hər iki tərəfdən yaxşı görünən sahələrdə hərəkət hissəsinin 
kənarına nisbətən yolu düzbucaq altında keçməlidir; 
10) sutkanın qaranlıq vaxtı yolun işıqlanmayan hissələrində yalnız görünüş 
dairəsində nəqliyyat vasitəsi olmadıqda keçməlidir. 
II. Piyada, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız 
yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini 
qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin 
etdikdən sonra çıxa bilər. 
III. Keçidi başa çatdıra bilməmiş piyadalar nəqliyyat vasitələrinin əks 
istiqamətli hərəkətlərini ayıran xəttin üstündə dayanıb gözləməlidirlər. Piyadalar 
yalnız hərəkətin təhlükəsizliyinə əmin olduqdan sonra və svetoforun 
(nizamlayıcının) siqnalını nəzərə almaqla yolu keçməyə davam edə bilərlər. 
IV. Mütəşəkkil piyada dəstələrinə yalnız nəqliyyat vasitələrinin hərəkəti 
istiqamətində, yolun hərəkət hissəsinin sağ tərəfi ilə, bir sırada dörd nəfərdən çox 
olmayan dəstə ilə getməyə icazə verilir. Dəstənin qabağında və arxasında - sol 


tərəfdə müşayiətçilər olmalıdırlar, onlar əllərində qırmızı bayraqcıqlar, sutkanın 
qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində isə, yandırılmış fənərlər: 
qabaqda - ağ, arxada - qırmızı işıq fənəri tutmalıdırlar. 
V. Uşaqları dəstə halında yalnız sutkanın işıqlı vaxtı və böyüklərin müşayiəti 
ilə ancaq səki ilə, piyada yolu ilə, bunlar olmadıqda isə yol çiyini ilə aparmağa 
icazə verilir. 

Пийадаларын йолун щярякят щиссяси бойу щярякяти
Арабалы сцрцжцнцн йол айрыжыны кечмяси схеми.
Йашайыш мянтягяляриндян вя пийада 
кечидляриндян 


кянарда йолун кечилмяси схеми
Nizamlanan yerüstü piyada keçidi 



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin