Bakı Texniki Kollecinin müəllimi Hüseynli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   ...   8   9   10   11   12   13   14   15   ...   104
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Hərəkətə başlama, manevr etmə qaydaları 
I. Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və 
dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının 
köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal 
verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün 
maneə yaratmamalıdır. 
II. Yana uzadılmış sol qol, yaxud yana uzadılaraq düzbucaq şəkildə 
dirsəkdən yuxarı bükülmüş sağ qol sola (geriyə) dönmə siqnalına uyğundur. Yana 
uzadılmış sağ qol, yaxud yana uzadılaraq düzbucaq şəklində dirsəkdən yuxarı 
bükülmüş sol qol sağa dönmə siqnalına uyğundur. Yuxarı qaldırılmış sol və ya sağ 
qol tormozlama siqnalına uyğundur. 
III. Dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, 
manevr qurtardıqdan sonra isə dərhal kəsilir (əl ilə verilən siqnal bilavasitə 
manevrə başlamazdan əvvəl qurtara bilər). Bu zaman verilən siqnal hərəkətin digər 
iştirakçılarını çaşdırmamalıdır. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu 
təhlükəsizlik tədbirləri görməkdən azad etmir. 


IV. Sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat 
vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada 
yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma 
məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat 
vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən 
piyadalara və velosipedçilərə yol verməlidir.
V. Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə 
gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri 
yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat 
vasitəsinə yol verməlidir. 
VI. Dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, 
sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində 
müvafiq kənar vəziyyət tutmalıdır. Solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən 
eyni istiqamətli tramvay yolları olduqda, 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa 
hərəkət qaydası müəyyən edilməmişdirsə, həmin yollardan keçərək sola və geriyə 
dönmək lazımdır. Bu zaman tramvay üçün maneə yaradılmamalıdır.


VII. Elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən 
çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Nəqliyyat vasitəsi sağa 
dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. 
ç
VIII. Nəqliyyat vasitəsi öz qabaritinə və ya başqa səbəblərə görə bu maddənin 
altıncı hissəsinin tələblərinə əməl etməklə dönə bilmirsə, həmin tələblərdən kənara 
çıxmağa o şərtlə yol verilir ki, hərəkət təhlükəsizliyi təmin olunsun və bu, digər 
nəqliyyat vasitələri üçün maneə yaratmasın. 
IX. Yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat 
vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə 
gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol 
kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, 
hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. 
Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. 


X. Nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi 
isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə 
üstünlük verilir. 
XI. Tormozlama zolağı olduqda, hərəkət istiqamətini dəyişmək istəyən sürücü 
vaxtında həmin zolağa keçməli və yalnız burada sürəti azaltmalıdır. Yola giriş 
yerində sürətləndirmə zolağı olduqda, sürücü həmin zolaqla getməli və bu yolla 
gedən nəqliyyat vasitələrinə yol verərək qonşu zolağa keçməlidir.
XII. Aşağıdakı hallarda geriyə dönmək qadağandır: 
1) piyada keçidlərində
2) tunellərdə; 
3) körpülərdə, estakadalarda və onların altında; 
4) dəmiryol keçidlərində; 
5) ən azı bir istiqamətdə yolun 100 metrdən az hissəsi görünən yerlərdə; 
6) Ümumi istifadədə olan nəqliyyatın dayanacaq məntəqələrinin yerləşdiyi 
yerlərdə. 


XIII. Nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr 
təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım 
gəldikdə, 
sürücü 
başqa 
şəxslərin 
köməyindən 
istifadə 
etməlidir. 
XIV. Yolayrıclarında və bu maddənin on ikinci hissəsinə əsasən, geriyə 
dönmənin qadağan edildiyi yerlərdə geriyə hərəkət 
qadağandır.
XV. Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət 
təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat 
vasitələrinə yol verməlidir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin