Moped
- iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə
gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan
iki və ya üç təkərli nəqliyyat vasitəsidir (asma mühərrikli
velosipedlər və oxşar
xüsusiyyətli digər nəqliyyat vasitələri də mopedlərə bərabər tutulur).
Velosiped
- əlil arabaları istisna olmaqla, idarə edən şəxsin əzələ enerjisi ilə,
xüsusən pedalların və ya dəstəklərin köməyi ilə hərəkətə gətirilən hər hansı
nəqliyyat vasitəsidir.
Nəqliyyat vasitəsinin dayanması
- adamların minməsi və ya düşməsi, yaxud
yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat
vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir.
Məcburi dayanma
- texniki nasazlıq və ya aparılan yükün,
sürücünün
(sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə
üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasıdır.
Nəqliyyat vasitəsinin durması
- əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və
ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının
göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz
vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların
minməsi və ya düşməsi,
yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla
məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir.