Bakı Texniki Kollecinin müəllimi Hüseynli


TƏHLÜKƏSİZLİK KƏMƏRLƏRİ VƏ TƏHLÜKƏSİZ QABAQ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   ...   65   66   67   68   69   70   71   72   ...   104
TƏHLÜKƏSİZLİK KƏMƏRLƏRİ VƏ TƏHLÜKƏSİZ QABAQ 
KÜLƏK ŞÜŞƏSİ
Təhlükəsizlik 
kəmərlərinin 
çoxlu sayda müxtəlif konstruksiyaları 
mövcuddur. Ən geniş yayılan kombinəedilmiş diaqonal–kəmər qayışlarıdır ki, onlar 
avtomobilin kuzovuna üç nöqtədən bərkidilirlər. 
BMT-nin Avropa iqtisadi komissiyasının tövsiyyələrinə görə kəmər 
qayışının bərkidilmə nöqtələri arasındakı məsafə 0,35 m-dən az olmamalıdır. Çiyin 
qayışının yuxarı bərkidilmə nöqtəsi sürücünün oturacaqda dayaq nöqtəsindən 
yuxarıda və ondan arxada yerləşməlidir. Kəmər qayışları 22,7 kN, çiyin qayışları 
isə 22,9 kN qüvvəyə tab gətirməlidirlər. Qayışların qıfılları bir əllə açılmalıdır. 
Qıfıl düyməsinin minimum sahəsi 4,5 sm
2
, minimum eni isə 10 mm olmalıdır. 
Qayışların eni qüvvə 10 kN olduqda 51 mm olmalı və onlar yük altında 
burulmamalıdırlar. Kəmərin qayışları insan skletinin oxları boyu keçməli və sinə 
qəfəsi ilə qorunmayan orqanlara qüvvə ötürməməlidir. Bundan başqa qayışlar yerli 
yüksək təzyiqlər yaratmamalıdırlar. Kəmərin vəziyyəti elə olmalıdır ki, insan 
bədəninin ayrı-ayrı hissələrinin nisbi yerdəyişmələri baş verməsin. 
Təhlükəsizlik kəmərlərinin səmərəliliyi müxtəlif tədqiqatlarla müəyyən 
edilmişdir. Məsələn, ABŞ və Almaniyanın məlumatlarına görə kəmərlərdən düzgün 
istifadə olunduqda xəsarətlər 60-75% azalır. Isveç tədqiqatlarına görə kəmərlərdən 
istifadə olunması sayəsində hadisənin ağırlığı 2 dəfədən çox azalır və 100 
hadisədən 50 

70-də ağır xəsarətlər aradan qalxır. 
MAYI-nin tədqiqatlarına görə təhlükəsizlik kəmərlərindən istifadə 
olunmadıqda ölüm hadisəsi 11–12 m/san sürətlərində, əks hallarda isə ancaq 15–16 
m/san sürətlərində baş verir. Eyni qayda ilə digər xəsarət növlərində də sürətin 
həddi qiymətləri yüksəlir. Toqquşma və digər hallarda təhlükəsizlik kəməri 
taxmamış sürücü və sərnişinlər ətalət üzrə hərəkətlərini davam etdirir və avto-
mobillərin detallarına zərbə endirərək dayanırlar. Kəmər olduqda isə avtomobilin 
qabaq hissəsinin deformasiyası müddətində insanın sürəti azalır. Bu halda nisbi 
sürət kiçik olduğundan onun salonun sərt detallarına dəyməsi zamanı ciddi 
xəsarətlər alınmır. 
Insanın bədəninə tətbiq olunmuş maksimum qüvvə aşağıdakı düsturla 
müəyyən edilir: 













=
0
и
А
2
0
и
мах.
В

м
ч
2cos
2

В
м
П

16.1 saylı şəkildə bu düsturla hesabatların nəticələri göstərilmişdir. Burada 
и
м
=70 kq; 
А
ч
=70 kN/m və 
0
В
=10–20 m/san götürülmüşdür. 
0
В
-avtomobilin başlanğıc sürə- 
ti, 
А
ч
-kəmərin sərtliyi, 
и
м
-insanın
kütləsi, kq, 
С
- avtomobilin yerdəyişmə 
si. 
Kəmərlərdən istifadə olunması 
o zaman səmərəli olur ki, ondan bütün 
sürücü və sərnişinlər istifadə etsin. Xa- 
rici ölkələrin məlumatlarına görə, avto- 
magistrallarda cəmi 30%, böyük şəhə- 
rələrdə isə cəmi 10% şəxslər təhlükə- 
sizlik kəmərlərindən istifadə edirlər.
MAYI-nin tədqiqatlarına görə cə- 
mi 20–60% sürücülər təhlükəsizlik 
kəmərlərindən istifadə edirlər. Bundan başqa bəzi sürücülər kəmərləri qıfıllamadan 
taxırlar.
Təhlükəsizlik kəmərlərindən istifadə olunmasını arzulamamaq bir sıra 
səbəblərdən meydana gələ bilər: 
-çox adamlara qəzanın baş verməsi və onunla bağlı hadisələr kəskin təsir 
göstərmir; 
-çoxları belə hesab edirlər ki, aşma və yanma nəticəsində avtomobili tərk 
etmək çətin olar; 
-bərk bağlanmış qayış hərəkəti çətinləşdirir, idarə olunmağa maneçilik 
törədir, paltarları sürtür və çirkləndirir. 
Minik avtomobillərində,əsasən, üç nöqtədən bərkidilən diaqonal-kəmər 
qayışlarından istifadə olunur. Yük avtomobillərində iki bərkidilmə nöqtəsi olan 
təhlükəsizlik kəmərlərindən istifadə olunur. Qaçış və idman avtomobillərində 4–6 
bərkidilmə nöqtəsi olan kəmərlərdən istifadə olunur. 
Kəmərlərdən istifadə olunması səviyyəsini artırmaq məqsədilə, kəmər 
bağlanmadıqda mühərrikin işə salınmasının qarşısını alan qurğulardan istifadə 
olunur. Məsələn, bəzi xarici avtomobillərdə sürücü oturacağa oturduqda verici, 
siqnal və səs lampaları işə düşür, cərayan qıfılı açılmır və sürücüyə məlumat verilir 
ki, o, təhlükəsizlik kəmərini taxmalıdır. Kəmər taxıldıqdan sonra səs və işıq 
siqnalları kəsilir və qıfıl açılır. Bəzi təhlükəsizlik kəmərləri avtomatik olaraq açılır 
və bağlanır. 
Inersion sayğaclar (kəmərin sərbəst ucu ona bağlanır) geniş istifadə 
olunurlar. Insanın kiçik yerdəyişmələrində kəmər dolağı açaraq hərəkətə maneçilik 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin