Yaponiyada üçqat şüşənin polimer qatını volfram, nikel və mis məftildən
hazırlanmış şəbəkə ilə əvəz edirlər ki, bu da şüşənin qızdırılmasını təmin edir.
Məftillərin diametri nə qədər az olsa da (20-40 mkm) onlar şüşədə hiss olunurlar.
Külək şüşələrinin təhlükəsizliyini artırmaq üçun onları elastiki araqatı
üzərində oturdurlar. Məhz bu səbəbdən də bəzən toqquşmalar zamanı qabaq külək
şüşəsi yerindən çıxır və bununla da insana xəsarət yetirmir. Ancaq, sürücü və
sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün araqatları zəiflədilir və nəticədə
şüşə yerindən daha tez çıxır. Bunun nəticəsində isə, nəinki, qəfil tormozlamalar
zamanı, həmçinin nahamar yolda hərəkət zamanı şüşə yerindən çıxır. Belə hallarda
təhlükəsizlik kəmərləri taxmış şəxslər külək şüşəsinin boş yerindən çölə atıla
bilərlər.
Qapı şüşələrinə təhlükəsizlik tələbləri nisbətən azdır. Bu şüşələr zərbə
zamanı iti uclu və iti tərəfli qəlpələr yaratmamalıdır.
Hal-hazırda, hansı şüşənin daha təhlükəsiz olması haqqında yekdil bir fikir
yoxdur. Məsələn, Avropada əsasən, birqat sərtləşdirilmiş şüşədən, ABŞ-da isə
ancaq üçqat şüşədən istifadə olunur. Bu şüşələrin müxtəlif kombinasiyaları da
hələlik lazımi nəticələr vermir.
Avtomobil aşdıqda irnsanların xəsarətini azaltmaq məqsədilə kuzov və
damın dayaqlarını gücləndirirlər.
Dostları ilə paylaş: