Bakı Texniki Kollecinin müəllimi Hüseynli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə78/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   ...   74   75   76   77   78   79   80   81   ...   104
YOL HƏRƏKƏTİNİN
XARAKTERİSTİKALARININ TƏDQİQİ 
Yol hərəkətinin təşkili və nizamlanması üzrə müəyyən məsələləri həll 


etdikdə nəqliyyat və piyada hərəkətlərinin xarakteristikaları haqqında əsas 
məlumatların olması lazım gəlir. Bu məlumatlara aşağıdakıları aid etmək olar: 
- nəqliyyat və piyada axınlarının intensivlikləri; 
- küçənin müəyyən sahələrində hərəkət sürətləri; 
- nəqliyyat və piyada axınlarının zaman və məkana görə paylanması; 
- nəqliyyat axınlarının tərkibi; 
- nəqliyyat ləngimələri və s. 
Ölkəmizdə və xarici ölkələrdə yol hərəkətini tədqiq etmək üçün çox müxtəlif 
və rəngarəng üsullardan istifadə edilir. Üsulların çoxluğu bir tərəfdən hərəkət 
xarakteristikalarına təsir edən amillərin çoxluğu ilə, digər tərəfdən isə istifadə 
olunan cihazların daimi olaraq təkmilləşdirilməsi ilə əlaqədardır. Yol hərəkətinin 
xarakteristikaları və yol şəraitlərinin tədqiqi üçün istifadə edilən ən geniş yayılmış 
üsulların təsnifatı aşağıdakı kimidir: 
 
 
NƏQLİYYAT AXINLARININ ÖYRƏNİLMƏSİ,
SÜRƏT ÖLÇƏN CİHAZ 
1. Sənədli tədqiqat (daşımalar haqqında plan və hesabat göstəricilərinin ana-
lizi, anket üsulu ilə tədqiqat; YNH-nin statistika materiallarının analizi, küçə-yol 
şəbəkəsinin layihə-texniki sənədlərinin öyrənilməsi). 
2. Canlı müşahidə (yol şəraitlərinin, nəqliyyat və piyada axınlarının tədqiqi). 
3. Hərəkətin modelləşdirilməsi (fiziki və riyazi modelləşdirmə). 
Tədqiqatı aparmazdan əvvəl müəyyən ümumi prinsiplərə riayət edilməlidir. 
Hər bir tədqiqat bir qayda olaraq 4 əsas mərhələdən ibarət olur: 
I mərhələ – proqram layihəsinin və tədqiqat üsullarının işlənməsi; 
II mərhələ – tədqiqatların hazırlanması; 
III mərhələ – tədqiqatın aparılması; 
IV mərhələ – nəticələrin yekunlaşdırılması və hesabatın hazırlanması. 
Birinci mərhələdə tədqiqatın məqsədi, məsələləri formalaşdırılır, tədqiqatın 
yeri, vaxtı və həcmi, lazımi avadanlıqlar və cihazlar, həmçinin işçilərin sayı mü-
əyyən edilir. 
Ikinci mərhələdə cihazlar və işçilər hazırlanır, həmçinin nümunə tədqiqatları 
aparılır. Bu mərhələdən sonra müəyyən dəqiqləşdirmələr aparılır, buraxılmış 
nöqsanlar aradan qaldırılır və tədqiqatın aparılmasına hazırlıq işi başa çatdırılır. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin