Bakı Texniki Kollecinin müəllimi Hüseynli


maksimum konstruktiv sürət



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə75/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   ...   71   72   73   74   75   76   77   78   ...   104
maksimum konstruktiv sürət
мах
В
olub, əsasən, mü-
hərrikin xüsusi gücündün asılıdır. Müasir avtomobillərin maksimum sürətləri 
onların növlərindən asılı olaraq böyük hədlərdə dəyişir: 
-orta və böyük sinifli minik avtomobilləri üçün – 200 
km/saat

-kiçik sinifli minik avtomobilləri üçün – 150 
km/saat

-orta yük götürmə qabiliyyətli yük avtomobilləri üçün –100 
km/saat

-böyük yük götürmə qabiliyyətli yük avtomobilləri üçün – 85 
km/saat

-ağır avtoqatarlar üçün – 75 
km/saat. 

 
PİYADALARIN HƏRƏKƏT NÖVLƏRİNİN TƏSNİFATI 
Piyadaların hərəkətləri müxtəlif əlamətlərinə görə (hərəkət iştirakçılarının 
sayı, axının istiqaməti, axının strukturu, hərəkət prosesinin davamiyyət müddəti, 
hərəkət şəraiti) təsnif olunurlar. Bu əlamətlərin əlaqəsi nəticəsində piyada hərəkət-
lərinin aşağıdakı növləri yaranır: 
-kütləvi, əlaqələnməmiş, dağınıq, sərbəst, uzun müddətli, normal şəraitlərdə 
hərəkət; 
-kütləvi, əlaqələnməmiş, axın şəkilli, sıx və ya sərbəst, qısamüddətli, normal 
şəraitlərdə hərəkət; 
-yuxarıda qeyd edilənlərdən əlavə qəza vəziyyətlərində hərəkət; 
-kütləvi, əlaqələnməmiş, axın şəkilli, sıx və ya sərbəst, uzun müddətli, 
normal şəraitlərdə hərəkət. 
Prosesin baş vermə yeri və məqsədindən asılı olaraq piyada hərəkəti 
özünəməxsus xüsusiyyətlərə malikdir. 
Müxtəlif şəhər-tikinti şəraitlərində piyadaların hərəkət prosesi müəyyən 
xarakterik xüsusiyyətlərə malikdir: 
1. Ticarət şəbəkələri və komplekslərində piyadalar axını müxtəlif yaşlı adam-
lardan ibarətdir. Piyadaların coxunun əlində yük olur. Hərəkət sakit və ikitərəflidir. 
Hərəkət 
intensivliyi 
ticarət 
və 
digər 
müəssisələrin 
əhəmiyyəti 
və 
xarakteristikasından asılıdır. Axının zamana görə paylanması bu müəssisələrin iş 
reжimindən asılı olur. 
2. Sənaye şəbəkələrində piyada axınları tərkibə görə əsasən, bircinslidir. 
Hərəkət kütləvi, sərbəst və axın şəkilli olub, yüksək birtərəflilik əmsalına malik 
olur. Vaxta görə paylanma müəssisənin iş reжimi ilə müəyyən edilir, piyada 
axınının qiyməti isə müəssisənin növü və kateqoriyasından asılı olur. 


3. Inzibati idarə şəbəkələrində piyada axınları strukturasına görə qarışıqdır. 
Hərəkət iş günü ərzində uzunmüddətli olub, müəssi-sənin iş reжimi ilə müəyyən 
edilir. Hərəkət kütləvi olub, birtərəfliliyi ilə xarakterizə olunur. 
4. Nəqliyyat şəbəkələrində piyada axınları tərkibinə görə bircinsli deyildir. 
Piyadaların əksəriyyətinin əlində yükü olur. Hərəkət kütləvi, axın şəkilli və uzun-
müddətlidir. Şəhər nəqliyyatı vasitələrinin gəlmə və getmə ritmindən asılı olaraq 
hərəkət intensivliyi dəyişkəndir. 
5. Idman zallarında axın bircinslidir. Hərəkət kütləvi, axın şəkilli, uzunmüd-
dətli və ya qısamüddətli olur. Bu və ya digər istiqamətlərdə piyadaların hərəkət 
intensivlikləri müxtəlif olduğundan yolun müəyyən sahələrində xüsusi nizamlama 
tədbirlərinin tətbiqi tələb olunur. 
6. Kompleks şəbəkələrdə və yaşayış zonalarında axın tərkibinə görə bircinsli 
deyildir. Hərəkət kütləvi, axın şəkilli və dağınıqdır. Axının davamiyyət müddəti 
şəbəkəni yaradan bina və qurğuların iş reжimindən asılıdır. 
Hərəkət növlərini təsnif etdikdə piyada keçidinin növü (küçədənxaric, 
yerüstü nizamlanmayan və nizamlanan) və keçidin yerləşmə zonasının funksional 
xarakteristikaları nəzərə alınmalıdır. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin