Bakı Texniki Kollecinin müəllimi Hüseynli


YOLLARDA MÜBAHİSƏLİ NÖQTƏLƏR



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə86/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   ...   82   83   84   85   86   87   88   89   ...   104
YOLLARDA MÜBAHİSƏLİ NÖQTƏLƏR 
 VƏ MÜBAHİSƏLİ VƏZİYYƏTLƏR 
Təcrübələrlə müəyyən edilmişdir ki, baş vermiş YNH-nin əksəriyyəti yol 
ayrıclarının payına düşür. Bu hadisələr, əsasən, nəqliyyat axınlarının mübahisəli 
nöqtələrində (ayrılma, qovuşma və kəsişmələrdə) baş verir. Yol ayrıcları üçün 
aşağıdakı mübahisəli nöqtələr xarakterikdir: 
- sağa ayrılma; 
- qarşılıqlı qovuşma; 
- sola ayrılma;
- çoxqat qovuşma; 
- qarşılıqlı ayrılma;
- sağdan kəsişmə; 
- çoxqat ayrılma;
- soldan kəsişmə; 
- sağdan qovuşma;
- yolüstü kəsişmə; 
- soldan qovuşma;
- qarşılıqlı kəsişmə. 


Bu cür nöqtələr küçə və yolların «pereqon» hissələrində də yarana bilər. 
Kəsişmədəki mübahisəli nöqtələrdən ən sadəsi ayrılmalardır. Bu manevrin 
yerinə yetirilməsi 30.1 saylı şəkildə göstərilmişdir. 
Potensial toqquşma zonasının başladığı məntəqədə ayrılan avtomobilin II 
sürəti nominal sürətdən aşağı olur. Bu nümunədə toqquşma zonası praktiki olaraq 
hərəkətə maneçilik zonası ilə üst-üstə düşür. Bu manevri həyata keçirdikdə 30.1 
saylı şəkildə göstərilməyən toqquşmalar da baş verə bilər. Hər bir halda ayrılan 
avtomobil ayrıldığı zolaqda toqquşma zonası yaradır. Şəkildə toqquşma zonasında 
III avtomobil göstərilmişdir. 
Şəkil 30.1 Ayrılma manevrinin qrafiki və sxemi. 
1-şimal istiqaməti; 2-şərq istiqaməti; 3-avtomobilin ləngiməsi; 4-maneçilik və 
toqquşma zonası; 5-axında minimum interval; 6-dönmə yolu; 7-sürətin azalma yolu; I, II, 
III, IV-hərəkət edən avtomobillər. 
Hərəkət qrafikindən göründüyü kimi I avtomobil toqquşma zonasını 
ləngimədən keçir. Ayrılan avtomobil döngəyə yaxınlaşaraq sürətini azaldır və 
nəticədə toqquşma zonası yaranır. Toqquşma zonası avtomobilin öz əvvəlki hərəkət 
zolağına çıxdığı nöqtəyə qədər davam edir. 
Toqquşma zonasında yerləşmiş III avtomobil II avtomobillə toqquşmaqdan 
çəkinərək ləngiyir. IV avtomobil də I avtomobil kimi yol ayrıcını toqquşma 
təhlükəsi olmadan keçir. Ancaq onunla III avtomobil arasındakı vaxt intervalı 
azalır. II avtomobil təhlükəli zonadan çıxdıqdan sonra hərəkət sürətini artırmaq 
imkanı əldə edir. 
Ayrılma manevri axının sərbəst hərəkətinə mane olur. Bu maneçilik hərəkət 
intensivliyindən, dönən avtomobilin sürətindən və manevrlərin tezliyindən asılı 
olur. 


Ayrılma manevrlərindən fərqli olaraq qovuşma istənilən anda baş verə 
bilmir. Çünki, qovuşmaq istəyən avtomobil qovuşacağı axında əlverişli vaxt 
intervalının yaranmasını gözləməli olur.
Bu halda maneçilik toqquşma zonasından təhlükəsiz məsafədə başlayır və 
qovuşan avtomobillərin normal sürətə çatdığı nöqtədə qurtarır. Toqquşma zonası 
qovuşan avtomobillərin axına girmə nöqtəsindən maneçilik zonasının ön 
sərhəddinə qədər sahəni əhatə edir. 
Qovuşma manevrində ləngimənin qiyməti avtomobilin daxil olduğu axının 
intensivliyindən, qovuşan axınların nisbi sürətlərindən və qovuşmaların tezliyindən 
asılı olur. 
Hər bir qovuşma manevrində avtomobilin daxil olduğu axında təhlükəsiz 
daxil olma üçün əlverişli vaxt intervalı olmalıdır. Bu intervalların sayı və 
davamiyyət müddətləri 30.1 saylı cədvəldə göstərilmişdir. 
Cədvəl 30.1 
Inte
rva
ll
ar
diapa
zonu, 
san.
Inte
rva
ll
arın 
ümum

sa
yda
n mi
qda
rı , 
%
Ve
rilmi
ş qi
ym
ətli
int
erva
ll
arın pa
yı, 
%
Inte
rva
ll
arın 
ümum
i m
iqdar
ı 
Ve
rilmi
ş 
diap
az
on
-d
akı 
int
erva
ll
arın 
sa

Inte
rva
ll
arın 
orta
uz
unluğu, 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin